Əsas Səhifə > Hadisə, Manşet > Samir Şərifovun adamından ilginc maliyyə maxinasiyaları

Samir Şərifovun adamından ilginc maliyyə maxinasiyaları


17-10-2014, 10:23
Samir Şərifovun adamından ilginc maliyyə maxinasiyaları
Saatlıda yerli Maliyyə İdarəsi və onun müdiri Namiq Bağırovdan xeyli sayda şikayət var. JAM.AZ-a göndərilən həmin şikayətlərdə deyilir ki, bu şəxs yerli idarə və müəssisələrin, o cümlədən sıravi işçilərin qəniminə çevrilib.

Məlumatda deyilir ki, 4 ildir Saatlı Maliyyə İdarəsinə rəhbərlik edən Bağırov ilk olaraq özünə şəxsi mühafizə təşkil edib. Həmin mühafihəçilərə isə sürücüsü Əli adlı şəxs rəhbərlik edir. Onlar idarənin binası ilə yanaşı, müdirir də təhlükəsizliyini təmin edirlər.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, sürücü Əlinin icazəsi oladan müdirin qəbuluna düşmək də mümkünsüzdür. Bu zaman yalnız kənd İcra Nümayəndəliklərinin mühasibləri sərbəstdirlər. Çünki Namiq Bağırovla mühasiblərin ayrıca iş prinsipləri var. İşin içindəki gizlin isə odur ki, hər iki tərəf əlbir şəkildə külli miqdarda dövlət vəsaitini silməklə məşğul olurlar.

Namiq Bağırovun əsas gəlir mənbəyi kimi isə Saatlıdakı uşaq bağçaları göstərilir. Məlumatda deyilir ki, hər il dövdət büdcəsi tərəfindən bu qurumlara külli miqdarda pul ayrılır. Həmin pulun böyük qismi uşaqların ərzaqla təmin olunmasına sərf olunmalıdır. Ki, maliyyə idarəsinin müdiri isə bunu da körpələrə çox görür.

Qeyd edilir ki, Saatlıdakı uşaq baxçalarına verilən ərzağın menyusundan kimsənin xəbəri yoxdur. Reallıq isə odur ki, körpələr baxçada gündə bir dəfə yeməklə təmin olunurlar. O da ya vermeşil, ya da yağsız supdan ibarət olur. Halbuki Saatlı rayonundakı uşaq bağçaları üçün hər il külli miqdarda pullar ayrılır. Lakin bəzi hesablamalara görə, hər bir uşağın gündəlik qida xərci olaraq 20 qəpik xərclənilir.

Maraqlı məqamlardan biri də odur ki, Namiq Bağırov özü üçün kağız üzərində xeyli sayda MMC-lər yaradıb. Daha doğrusu, bu MMC-lər var və onları yaratmaqda məqsəd rayonda keçirilən tenderlərə qatılıb, pul qazanmaqdır.

Bundan başqa, Saatlı maliyyə idarəsinin müdiri idarə və müəssisələrdən haqq almaqdan tutmuş, görülən hər bir işə görə qabaqcadan pul alır. Eyni zamanda, rayonda əmək haqlarının gecikməsi, bülliten və ezamiyyət pullarının heç bir şəkildə sahibinə verilməməsi kimi hallar adi qarşılanır. Məsələn, Bağırov idarə və təşkilatlarda çalışan işçiləri saxta sənədlərlə ezamiyyətə göndərir. Hansı ki, həmin adaiların bundan xəbərləri belə olmur. Əldə olunan vəsaitlər isə idarə müdirinin cibinə gedir. Həqiqətən ezamiyyətə gedənlər isə öz pullarını ala bilmirlər.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt