Əsas Səhifə > Hadisə, Manşet > Hesablama Palatası daha bir icra başçısının karyerasına nöqtə qoya bilər

Hesablama Palatası daha bir icra başçısının karyerasına nöqtə qoya bilər


14-10-2014, 11:44
Hesablama Palatası daha bir icra başçısının karyerasına nöqtə qoya bilər
Bir müddət Gədəbəydə baş verənlərlə bağlı dərc etdiyimiz yazılar tədricən öz bəhrəsini verməkdədir. Belə ki, Hesablama Palatası yaxın günlərdə Gədəbəy Rayon İcra Hakimiyyətində yoxlama aparacaq. Bununla bağlı məlumat Hesablama Palatasının Kollegiya iclasında bildirilib. Belə ki, qurumun iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy Rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.

Düşünürük ki, əgər Hesablama Palatasının auditorları yoxlamalarda bir qədər diqqətli olsalar, Gədəbəydə 2014-cü ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından rayon icra hakimiyyətinə ayrılan vəsaitlərin qaranlıq məsələlər üzrə sərfiyyatı, habelə büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı bir sıra pozuntular aşkar edə bilərlər. Düzdür, Gədəbəy Maliyyə Şöbəsinin rəisi Namiq Məmmədov bu məsələlərdə olduqca peşəkardır. Məhz onun ustalığının bəhrəsidir ki, idarə rəisi uzun illərdir Maliyyə Nazirliyinin bu rayona göndərdiyi yoxlamaları "yola sala bilir". Çünki uzun illərdir Gədəbəy Rayon Maliyyə Şöbəsinin rəisi Namiq Məmmədov maliyyə nazirinin müavini, qohumu olduğu deyilən, əslən Gədəbəy rayonundan olan Azər Bayramova arxalanır. O, özünün vəzifə karyerasına güvənərək rayonun mədəniyyət şöbəsinin həyətində 3 mərtəbəli obyekt inşa etdirə bilib.

Bu baxımdan Hesablama Palatasının Gədəbəy rayonunda, bu yaşayış məskəninin icra strukturunun başçısı Ramiz Yediyarovun fəaliyyətində yoxlayacağı çoxlu sayda qaranlıq məsələlər var. Bu, Ramiz Yediyarovun karyerası üçün son yoxlama da sayıla bilər. Deyilənə görə bir müddət əvvəl - də Ramiz Yediyarov 14 saylı Vergilər İdarəsinin rəisi olarkən bir sıra faktları gizlətmiş, ört-basdır etmişdi.Hətta onuda deyirlər ki, onun Gədəbəy xəstəxanasına xidmət edən podratçı təşkilatların vergi fəaliyyətini yoxlayaraq külli miqdarda vergidən yayınma aşkar etməsi və rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovun vasitəçiliyi ilə nələrinsə müqabilində bu faktı ört-basdır etməsi hələ də müzakirə mövzusudur. Bu və başqa faktların üzə çıxması yuxarı instansiyaların Ramiz Yediyarova sərt təpkilərin gəlməsilə nəticələndi. Məhz bu səbəbdən sonradan onun fəaliyyətinin qeyri-rəsmi yoxlanmasına qərar verilib. Ramiz Yediyarovun 14 saylı Vergilər İdarəsinin rəisi olarkən rəhbərliyi altında aparılmış yoxlamaların nəticələri də təftiş olundu. Bununla yanaşı, Ramiz Yediyarovun başçılığı altında bir müddət əvvəl Gədəbəy Rayon Təhsil Şöbəsində xidmət edən podratçı təşkilatlarda yoxlama oldu. Nəticələr Səhiyyə Şöbəsində olduğu kimi açınacaqlı olsa da, ört-basdır edildi. Bu faktın üzə çıxarılması başçının vəziyyətini bir qədər də ağırlaşdırdı. Biz hələ onu demirik ki, 2001-2002-ci illərdə Şəki şəhər Vergilər Şöbəsinin bəyannamələrinin yoxlanılması da bir sıra qaranlıq məsələlərdən xəbər verir.

Ramiz Yediyarovun rayonda sahibkarlığa mane olması da Gədəbəy üçün ağır problemlərdən biridir. Eks-prezident Ayaz Mütəllibovun hakimiyyəti, habelə 1992-ci ildə AXC-Müsavat cütlüyü dövründə bir sıra məsul vəzifələrdə çalışan Ramiz Yediyarovun yüksək vəzifəli məmurlardan birinin adından istifadə etdiyi deyilir. Düşünürük ki, Hesablama Palatası "Nur" obyektinin Gədəbəydə parkın qapısını necə, hansı "vəsaitlər" hesabına bağlaması faktını da aşardırmalıdır. Gədəbəyə ayrılan subsidiyaların taleyinə gəlincə, auditorların nəzərinə çatdırırıq ki, bu məsələlərdə də müəmmalı faktorlar çoxdur. Qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısı Ramiz Yediyarovun paytaxtda tez-tez görünməsinin bir sıra səbəbi və səbəbkarı var. Deyilənə görə o, Hesablama Palatasının yoxlamasından əvvəl də paytaxtı "ziyarət" etmək fikrindədir: "Bütün bunlardan əlavə, deyilənə görə Maliyyə Şöbəsinin rəisi Namiq Məmmədovla Ramiz Yediyarov qeyri-rəsmi görüşlərdə olurlar. Bu təmaslar icra hakimiyyətində yox, başqa yerlərdə baş tutur".
\\ gundelik-baki \\
Geri qayıt