Əsas Səhifə > Hadisə, Manşet > Təbrizin bələdiyyə başçısından Ermənistana ilginc rədd cavabı
Təbrizin bələdiyyə başçısından Ermənistana ilginc rədd cavabı3-10-2014, 14:38 |
DİA.AZ: - Güney Azərbaycanın mərkəzi şəhəri olan Təbrizin bələdiyyə başçısı düşmən Ermənistanın Təbriz şəhəri ilə əməkdaşlağına ilginc bir reaksiyası ilə diqqətə gəlib. Bu barədə DİA.AZ İran mətbuatına istinadən xəbər verir. Məlumata görə, Təbriz Şəhər Şurasının iclasında bələdiyyə başçısı Həbib Şiriazər bildirib ki, Təbriz Şəhər Şurasının üzvləri İrəvanla münasibət qurmağa meyilli deyillər: «Biz ancaq dini, mədəni və tarixi ortaqlığımız olan ölkələrlə əlaqə qura bilərik». Təbii ki, bu açıqlaması ilə Təbrizin bələdiyyə başçısının «dini, mədəni və tarixi ortaqlığımız olan ölkə» dedikdə Azərbaycanı qəsd etdiyi heç şübhə doğurmur. Geri qayıt |