Əsas Səhifə > Hadisə, Manşet > Atası olqarxlardan fərqli olaraq ona şəhidliyi miras qoydu.... – Amma bu gün ən zəngin olanı da o oldu...
Atası olqarxlardan fərqli olaraq ona şəhidliyi miras qoydu.... – Amma bu gün ən zəngin olanı da o oldu...29-09-2014, 10:24 |
DİA.AZ: - Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində döyüş postunda şəhid olmuş leytenant Allahverdi Baxışlı dünən Hacıqabul rayonunda dəfn edilib. Dəfn mərasiminə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hacıqabul Rayon İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən rayon ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri qatılıb. Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş atası Əbülfəz Baxışlının adını daşıyan küçədə yerləşən mənzilin qarşısında leytenant Allahverdi Baxışlının vida mərasimi təşkil edilib. Bəli, bəlkə də bu, kimlər üçünsə bir təsadüfdir… Amma Azərbaycan reallığıdır. Acımı, şirinmi… bilmirik. Reallıqdır. Və real olanı budur ki, artıq Azərbaycanda şəhidlik MİRAS QOYULUB… Dünən şəhid olan atalarımızdan miras qalan şəhidlik maləsəf ki, Azərbaycan övladının alın yazısıdır… Ən dəhşətlisi isə o olar ki, babası şəhid olan nəvələri də görərik… Bu, arzuolunmaz və ən ağrılısıdır. Dünən torpağa tapşırılan şəhid leytenantımızın ruhu atasının ruhuna yetişib. Onlar HAQQ DÜNYADADIRLAR… Biz isə bu nahaq dünyanın ədalətsizliklərini ən çox dadan bir millət olaraq yeni şəhidlər hazırlamaq zorundayıq. Çünki hələ də torpaqlarımız işğal altındadır və bu torpaqların azadlığı biz Azərbaycan xalqının qarşısında dayanan bir nömrəli məsələdir. Hazırıq şəhidliyə…. Tələsməliyik şəhidliyə… Çünki başqa yolumuz yoxdur. Yoxsa Azərbaycanda şəhid babaların şəhid nəvələrini də görəcəyik… Acı və arzuolunmaz olanı budur… Geri qayıt |