Əsas Səhifə > Hadisə, Manşet > Suriyadan İŞİD-in əlindən qaçan kürdlərdən bəziləri Azərbaycanda məskunlaşır
Suriyadan İŞİD-in əlindən qaçan kürdlərdən bəziləri Azərbaycanda məskunlaşır25-09-2014, 11:39 |
DİA.AZ: - “Trans-regional qüvvələr tərəfindən dəstəklənən və rəhbərik edilən PKK və PJAK ünsürləri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə məskunlaşıblar”. Xatırladaq ki, belə bir iddia ilə bir müddət əvvəl İran mətbuatı çıxış etmişdi və hətta Azərbaycanı qeyd olunan terror təşkilatlarına qarşı tədbir görməməkdə də ittiham edirdilər. DİA.AZ xatırladıq ki, İran mediasının iddialarına görə, Türkiyə, İran, İraq və s. ölkələrdə əlləri yüzlərlə günahsız insanların qanına bulaşmış, hətta Avropa ölkələri tərəfindən terrorçu dəstələr kimi tanınmış PKK və PJAK terrorçu dəstələrinin bəzi üzvləri bir müddətdir ki, Gəncə şəhərindədirlər. Bununla bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub.Məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, İŞİD təhlükəsindən qaçan İraq və Suriya kürdlərinin bir hissəsi dünəndən etibarən Gəncəyə gəlməyə başlayıblar. Gəncədəki məlumatlı mənbə iddia edir ki, onlar Tüürkiyədən köç edirlər: “Burada neçə müddətdir ki, kürdlərə konkret məhəllələr salınıb. Onlara ayrıca evlər verilib. Bu işin himayədarı isə Gəncənin rəhbərliyidir. İndi də əlavə olaraq Gəncəyə kürdlər köçürülür”. Mənbə əlavə edib ki, hələlik Gəncəyə 100-ə yaxın kürd əsilli gəlib: “Yəqin bu adamlar imkanlı olanlardır və yaxud da artıq əvvəldən Gəncədə yaxınları məskunlaşanlardır”. Onu da bildirək ki, artıq əməkdaşlarımız bu olayla bağlı Gəncəyə ezam olunublar. Yazıda qeyd olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Geri qayıt |