Əsas Səhifə > Hadisə, Manşet > Ukraynadakı müharibə şəraiti AZAL şefinə də maddi ziyan vurub

Ukraynadakı müharibə şəraiti AZAL şefinə də maddi ziyan vurub


16-09-2014, 11:37
Ukraynadakı müharibə şəraiti AZAL şefinə də maddi ziyan vurub
DİA.AZ: - Ukraynadakı müharibə şəraiti təkcə sözügedən ölkədə yaşayan azərbaycanlı iş adamlarının bizneslərinə zərbə vurmayıb, həm də Ukrayna ilə alış-verişdə olan və Azərbaycanda yaşayan iş adamlarımz da savaşın acı fəsadlarını öz işgüzar fəaliyyətlərində dadmaqdadırlar. Məsələn, qeyri-rəsmi rəqəmlərə görə, hərbi əməliyyatlardan sonra Azərbaycan-Ukrayna arasındakı ticarət dövriyyəsi 32 faiz azalıb. Bu rəqəmi həm idxal və həm də ixrac biznesinə aid edirlər.

DİA.AZ bildirir ki, hər halda, bu rəqəmlər olduqca yüksəkdir və iki ölkə arasındakı ticarət dövriyyəsinin kəskin səviyyədə aşağı düşməsindən xəbər verir. Bu da hamısı deyil.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Ukrayna ilə biznes əlaqələri olan məmurlarımız da savaşın «qurbanı» hesab oluna bilərlər. Onların arasında isə maraqlı bir isim də var. Məlumatlı mənbənin dia-az.life-a söylədiyinə görə AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov müharibəyə qədər Ukrayna ilə gözəl biznes münasibətlərində olub.

Onun Ukraynadan konkret olaraq hansı malları aldığı söylənilməsə də, AZAL şefinin ciddi şəkildə zərbə aldığı söylənilir.

Xatırladaq ki, bir zamanlar Cahangir Əsgərovun həm də Ukraynadan köhnə təyyarələri satın alaraq, təmin etdirdikdən sonra Azərbaycan dövlətinə yeni təyyarə kimi sırıması faktı da mətbuatda yer almışdı. Bu işdə isə «AZAL» şefinə Ukraynanın köhnə hökumətinin dəstək olduğu da iddia olunurdu. Görünür, indi Yanukoviçin gedişi ilə Cahangir Əsgərovun təyyarə biznesinə də zərbə dəyib.

Geri qayıt