Əsas Səhifə > Hadisə, Manşet > İki rayonun icra başçısı bir-biriləri ilə söz davasına çıxdılar
İki rayonun icra başçısı bir-biriləri ilə söz davasına çıxdılar15-09-2014, 11:48 |
DİA.AZ: - İki rayonun icra hakimiyyətinin başçısı arasındakı qalmaqal hakimiyyətin üst düzəyinin müzakirəsinə qədər inkişaf edib. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynağın iddialarına görə, iki rayonun icra hakimiyyətinin başçısı köhnədən ədavətdədirlər və onlar hətta bir-birilərinin əleyhlərinə kampaniya da aparıblar. Bu günlərdə isə onlar tədbirlərin birində üz-üzə gələsi olublar. Mənbənin söylədikləri: «Dövlət tədbirlərinin birində üz-üzə gələn başçılardan biri digərinə söz atıb. Əvəzində ağır cavab alıb. Sonra onları digər rayonların icra başçılarından biri sakitləşdirib. Amma məsələ bununla bitməyib. Xəbər «yuxarılara» çatıb və hər iki icra başçısı danlanılıb». Onu da bildirək ki, ədavətdə olan icra başçılarının kimliyi ilə bağlı məlumat ala bilmədik. Amma bəzi ehtimallar var. Məsələn, məludur ki, hazırda Astaraya rəhbərlik edən Qəzənfər Ağayevlə Daşkəsənin icra başçısı Əhəd Abıyevin münasibətləri sərindir. Əhəd Abıyev hələ Masallının deputatı olarkən həmin rayonun icra başçısı postunu tutan Qəzənfər Ağayevi hətta Milli Məclisin tribunalarında belə «narkobaron» adlandırmaqdan, narkotik alverində ittiham etməkdən belə çəkinmirdi. İndi isə hər biri ayrı-ayrı rayonlara rəhbərlik edən icra başçılarının hələ də bir-birilərilə danışmadıqları deyilir… Geri qayıt |