Əsas Səhifə > Hadisə, Manşet > Sosial Müadfiə Fondunun Ucar şöbəsinin rəisinə qarşı yeyinti ittihamı
Sosial Müadfiə Fondunun Ucar şöbəsinin rəisinə qarşı yeyinti ittihamı13-09-2014, 14:41 |
Ucar rayonunun Qazyan kəndi sakini Hüseynov Hüseyn Miriş oğlu tərəfindən "Təzadlar"a inanılmaz iddialı şikayət daxil olub. Şikayət DSMF-nin Ucar rayon şöbəsinin müdiri Əliş Cəbrayılovun vətəndaşın pensiya kartındakı pulu ondan xəbərsiz götürməsi barədədir. Şikayət Baş Prokuror Zakir Qaralova ünvanlıdır. Şikayət məktubunda deyilir: Çox hörmətli cənab Zakir Qaralov! Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin rəisi Əliş Cəbrayılov və onun İslam adlı əməkdaşı vəzifə səlahiyyətlərindən, mənim savadsızlığımdan sui-istifadə edib 8850 manat pulumu bankomatdan çıxarıb mənimsəmişdilər ki, bu cinayət əməlidir. Belə ki, 17 il qaynaqçı işləməyimə görə mən 57 yaşımda pensiyaya çıxmalı idim. Ancaq elə bilirdim ki, 65 yaşım tamam olanda pensiyaya çıxa bilərəm. Tanıdığım bir şəxs başa saldı ki, sən qaynaqçı işlədiyin üçün 57 yaşında pensiyaya çıxmalı idin, buna görədə sənin pensiya bazanda 57 yaşından bu günə qədər 8 il qalmış pulu ala bilərsən. Bu barədə mən Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinə müraciət etdim. Onlar sənədlərimi hazırladılar və pensiyaya çıxdım. Şöbənin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı pensiya kartımı qeydiyyatdan keçirmək adı ilə özlərində saxlayıb hesabımda olan 8850 manat pulumu çıxardıb götürüb 500 manat saxlayıblar ki, guya hesabımda bu qədər pensiya pulum var. Mən tanışımın köməyi ilə Kapital bankdan çıxarış sənədi aldım və məlum oldu ki, hesabımda olmuş 9350 manat pulun 8850 manatını DSMF-nun Ucar rayon şöbəsinin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı əlbir olub götürüblər ki, bu cinayət faktıdır. Pulumu onlardan qaytarmalarını tələb etdikdə mənə bildirdilər ki, sənə bu boyda iş düzüb -qoşmuşuq, xərci budur, bu pulun çox hissəsini DSMF-na rəhbərliyə veririk, yoxsa mümkün deyil. Bir neçə dəfə gedib onlardan pulumu istədim, axırda mənə dedilər ki, biz pulunu çıxarmamışıq, hara istəyirsən şikayət et. Ancaq yenə də tanışlar mənə bildirdilər ki, bankomatdan kartla pul çıxaran şəxsin fotosunu robot çəkir yaddaşda 5 il saxlayır. Həmin fotonun 4 ədədi dərhal baş orqanlara komputer vasitəsiilə avtomatik göndərilir. Mənim əlimdə artıq hansı tarixdə, saatda pulumun çıxarılması barədə bank çıxarışı var. Artıq şikayətlər göndərmişəm. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və DSMF-nun sədri cənab Elman Mehdiyevə müraciət edib xahiş edirəm, cinayət yolu ilə mənim küllimiqdarda pulumu mənimsəmiş DSMF-nun Ucar rayon şöbəsinin rəisi Əliş Cəbrayılovun və İslam adlı əməkdaşı barəsində qanunu tədbirlər görülsün. Bankdan pulumu çıxaran şəxsin fotosu çıxarılarsa onların cinayət əməlləri bir daha subut olunacaq. Xahiş edirəm mənə kömək edin, qanunu , halal pulumu onlardan ala bilim. REDAKSİYADAN: Dünən adı çəkilən Əliş Cəbrayılovun bizə təqdim olunmuş telefonuna dəfələrlə zəng etsək də telefonu açmadı. Araşdırmamız davam edir, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |