Əsas Səhifə > Hadisə, Manşet > İnsanlarımızın həyatını risqə atan daha bir səhiyyə ünvanı

İnsanlarımızın həyatını risqə atan daha bir səhiyyə ünvanı


11-09-2014, 12:00
İnsanlarımızın həyatını risqə atan daha bir səhiyyə ünvanı
Son dövrlər bəzi özəl klinikalarla bağlı narazılıq pik həddə çatıb. Xüsusən də telekanallarda reklam olunan klinikalarda pasiyentləri aldadaraq külli miqdarda pullar qazanılır.

Bu siyahıda olan klinikalardan biri də Baku City Hospital klinikasıdır. Klinika reklamlarında elan edir ki, City Hospital - Respublikamızda Baku City Hospital tibbi mərkəzi yeni ünvanda fəaliyyətə başlamışdır. 7 mərtəbəli klinikamızda Azərbaycanın tanınmış həkimləri, məhşur Istanbul FLORENCE NIGTINGALE xəstəxanası ilə əməkdaşlıq, həmçinin türkiyədən dəvət olunmuş mütəxəssislər tibbin bütün yeniliklərini özündə cəmləyən, yüksək komforta sahib olan bir xidmət təqdim edir. Klinikanın geniş profilli poliklinika şöbəsi Kardiologiya, Endokrinologiya, Ortopediya və Travmatologiya, LOR, Urologiya, Oftolmologiya, Gastroenrtologiya, Nevrologiya, Pulmonologiya, Fizoterapiya və Reabilitasiya, Proktologiya, Terapiya şöbələri fəaliyyət göstərir. Dioqnostika bölümündə komputer tomoqrafiya, Maqnit Rezonans tomoqrafiya,Rentgen,USM, EKQ, EXOKQ, Endoskopiya və s. kimi dioqnoz peşakarlar tərəfindən aparılır. Çoxfunksional laboratoriyadaw ümumi, biokimyəvi, patohistoloji, mikrobioloji və s. Kimi analizlər həyata keçirilir. Stasionar bölümündə bütün növ cərrahi əməliyyatlar açıq, endoskopik və mikroskopik üsulla icra edilir.
Ancaq sözügedən tibb mərkəzinin digərləri ilə elə də fərqi yoxdur. Klinikanın ən ali məqsədi daha çox pasiyent cəlb edərək milyonlarla vəsait qazanmaqdır. Bu işdə isə onlara telekanallardakı reklamlar yardımçı olur. Demək olar ki, Bakı şəhərində ən bahalı xidmətlər buradadır. Televiziyalarda aparılan yalançı təbliğata görə, insanlar bura üz tuturlar, amma bu klinikada barmağını verən qolunu itirməli olur. Yəni, müraciət edənləri o qədər mənasız və lazımsız analizlər və müayinələrdən keçirirlər ki, bir əməliyyatın pulu gedir.
"Unikal"a daxil olan digər məlumatda isə bildirilir ki, hospitalda əməliyyat olanların da bir qismi nəticədən narazı qalırlar. Bununla bağlı klinikaya müraciət edənlərə isə "əməliyyatdan bir müddət sonar belə vəziyyət ola bilər" cavabı verilir. Yəni, pasiyentləri min-bir bəhanə ilə yola verirlər. Hətta redaksiyamıza daxil olan məlumata görə, əməliyyat zamanı həkim səhlənkarlığı və tibbi təchizatın yetməzliyindən ölüm halları da olub. Sadəcə olaraq, klinika rəhbərliyi bütün qanunsuzluqları məharətlə ört basdır etməyi bacarıblar.
Əldə etdiyimiz digər məlumata görə, klinikada maliyyə maxinasiyaları da baş verir. Belə ki, 2 min manat və ondan yuxarı məbləğli əməliyyatlar, müayinələr çox aşağı qiymətə qeydiyyatdan keçirilir. Yəni, ikili muhasibatlıq var. Məlumatlı şəxs deyir ki, klinika rəhbərliyi vergidən ildə yüz minlərlə manat vəsait yayındırır.
Onu da qeyd edək ki, City Hospitalın əsas devizi qüsursuz xidmətdir. Bütün təbliğat materiallarında da "Qüsursuz xidmət anlayışı City hospitalın əsas meyarlarından biridir. Məqsədimiz xalqımızın indiyədək yalnız xaricdə əldə edə biləcəyi nəticələri, evinin içində ona təqdim etməkdir. Sağlığınızı Baku City Hospitala, etibarlı əllərə əmanət edin" şüarları yer alıb. Ancaq bu klinikaya gələnlərin böyük əksəriyyəti bir daha Baku City Hospitala qayıtmır.
Sonda onu da nəzərə çatdıraq ki, Baku City Hospitalda baş verən qanunsuzluqlarla bağlı araşdırmamız davam edir. Bu klinikada işləyən əcnəbi həkimlərlə bağlı əldə etdiyimiz ilginc məlumatları araşdırmalarımızdan sonra oxucuların diqqətinə çatdıracağıq.

Geri qayıt