Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümov pərakəndə karxana biznesini inhisarına alır

Səlim Müslümov pərakəndə karxana biznesini inhisarına alır


9-09-2014, 11:54
Səlim Müslümov pərakəndə karxana biznesini inhisarına alır
DİA.AZ: - Son zamanlar Qaradağ rayonu ərazisində yerləşən daş karxanaları ilə bağlı qalmaqallı məlumatlar yayılmaqdadır. Artıq elə bir təəssürat yaranır ki, sanki bu istiqamtdə tam özbaşınalıq mühiti var və dövlətin müvafiq qurumları hansısa formada müdaxilə iqtidarında belə deyillər.

Əslində reallıq tamam başqadır. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, bu gün daş karxanaları ayrı-ayrı məmurların himayəsi altında olduğundan və konkret olaraq bir sıra dövlət qurumları həmin karxanaları aylıq haqqa oturtduqlarından «bespredel» təəssüratı yaranır: «Hər kəsin arxasında kimsə dayanır və hər bir sahibkar güvəndiyi məmura söykənərək istədiyini edir ki, bu da nəticədə özbaşınalığa gətirib çıxarır».

Amma bütün bunlara son veriləcəyini bildirən mənbəmiz vurğuladı ki, bu günlərdə karxanalarda həm də ölüm hallarının artması səbəbindən daş karxanalarının yoxlanılması qərarı verilib: «Yoxlamalarda başlıca məqsəd özbaşınalığa nədən olan faktorların müəyyən olunmasından ibarətdir. Bundan sonra ola bilsin ki, karxanaçılıqla bağlı hansısa hüquqi prosedurlar düşünülüb, tətbiq ediləcək».

DİA.AZ-a danışan mənbə iddia edir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün karxanalara nəzarət rıçağını ələ almaqda maraqlı görünən bir nömrəli fiqur kimi diqqətə gəlir. Xəbəri verən qaynaq iddia edir ki, 1 hektarlıq ərazidən 1 ay ərzində asanlıqla 100 min manat gəlirin götürülməsi mümkün olan bu biznesdə bir neçə orta ranqlı məmur dünənə qədər meydan sulasa da, onlar arasında da rəqabət var ki, bu toqquşmalar da nəticədə işə zaman-zaman hüquq-mühafizə orqanlarının qarışmasını da zəruri etmişdi.

Məlumatı verən mənbə bildirir ki, indi isə Səlim Müslümov iş yerlərinə, xüsusən də karxanalara təsır rıçağından yararlanaraq, həmin biznes istiqamətində öz meyarlarını tətbiq etmək niyyətindədir.

Geri qayıt