Əsas Səhifə > Hadisə, Manşet > Əbülfəs Qarayevin Göygöldəki adamının fəaliyyəti təftiş olunur
Əbülfəs Qarayevin Göygöldəki adamının fəaliyyəti təftiş olunur5-09-2014, 11:57 |
DİA.AZ: - Neçə müddətdir ki, Mədəniyyət və Turizm Nazirliyinin Göyçaydakı idarəsinin rəhbəri qalmaqalda hallandırılır. Bildirək ki, artıq bu olay kifayət qədər ictimailəşib. DİA.AZ-a daxil olan son müraciətdən isə anlaşılır ki, hətta Maliyyə Nazirliyi belə Əbülfəs Qarayevin işçilərini təftiş qərarı verib. Bununla bağlı DİA.AZ-a daxil olan müraciəti olduğu kimi diqqətinizə təqdim edirik: "Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir . Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 07 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. İşə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçərək qəbul edilmişəm. Kiçik dövlət qulluqçusuyam. Dövlət qulluğu keçdiyim müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyimə görə Fəxri Fərmana laiq görülmüşəm. Daha öncə etdiyim müraciətlər Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə idi. Şöbə müdiri Şəriyyə Hümbətovanın "uğurla" həyata keçirdiyi korrupsiya əməllərinə ortaq olmadığım üçün, bu korrupsiya faktları barədə müxtəlif dövlət orqanlarına müraciətlər etdiyimə görə işdən azad edildim. İşdən azad edilməyimdə Ş.Hümbətovanın "xidmətləri" danılmazdır. Belə ki, özü şəxsən mən işdən azad edilməmişdən iki ay öncə mənə mükafat yazır, mən isə korrupsiya ilə bağlı müraciət edən kimi, işçiləri yığıb əlehimdə akt yazdırdı, olmayan, etmədiyim işləri etdiyimlə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə göndərirdi. 17 iyul 2014-cü ildə dövlət ulluğuma xitam verildi. Mən müraciətlərimi yenə də davam etdirirəm. Artıq bir həftədir Maliyyə Nazirliyindən yoxlama gəlib və Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində maliyyə əməliyyatlarını yoxlamaqla məşğuldurlar. Bildirmək istəyirəm ki, həmin yoxlama 3 iyul 2013-cü il tarixli alqı-satqı aktlarına baxsalar, mənim niyə həmin aktlara imza atmadığım aydınlaşar. Həmin aktlarda alınan inventar və avadanlıqların, görülməli olan işlərin dəyəri 3-4 dəfə artıq yazılıb. Başqa bir məsələni də nəzərinizə çatdırım ki, mən 06 oktyabar 2011-ci ildə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçib işə qəbul edilmişdim. Həmin vaxt növbəti maliyyə yoxlaması artıq Göygöl rayon Mədəniyyət və Turizm şöbəsini yoxlamışdı. Lakin musiqi məktəbinin bir qrup müəllimi ölkə Prezidenti cənab İlham Əliyevə müraciət etmişdilər ki, bəs maliyyə yoxlaması ilə bağlı, yoxlamaya verilməsi üçün hər bir müəllimdən 100 manat pul yığılıb. Bu pul yığılma məsələsi ilə bağlı məktubun surəti hal-hazırda da Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində qalmaqdadır". Geri qayıt |