Əsas Səhifə > Hadisə, Manşet > “DəmirBank”ın “Mərkəz” filialının müdirinin qaranlıq işləri

“DəmirBank”ın “Mərkəz” filialının müdirinin qaranlıq işləri


4-09-2014, 12:04
“DəmirBank”ın “Mərkəz” filialının müdirinin qaranlıq işləri
İndi haqqında bəhs edəcəyimiz şəxslər barəsində Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) əvvəllər xeyli yazılar dərc edib.Qısa xatırlatma üçün qeyd edək ki, bu yazının əsas “qəhrəman”larından biri olan Müşfiq Tükanov özünü Mərkəzi Bank sədrinin müşaviri Abdulla Məlik-Aslanovun kürəkəni adlandırır. Məlumat üçün onu da bildirək ki, “DəmirBank”ın “Mərkəz” filialının müdiri Müşfiq Tükanov bir çox qaranlıq işlərini bu qohumluğun hesabına həyata keçirib və Bakı şəhərində böyük var-dövlət sahibi olub. Bütün bunlarla kifayətlənməyən Müşfiq Tükanov öz şəriki, “DəmirBank”ın “Mərkəz” filialının keçmiş kassiri olan İlqar Yusubovun vasitəsi ilə brilliant daş-qaş alverinə də girişib.

“DəmirBank”ın “Mərkəz” filialının müdirinin qaranlıq işləri

Bu iki şərikin “daş-qaş”alverindən başqa kontur biznesi edərək “depozit silmələri” və “obnaliçka” ilə də məşğul olduqları da söylənilir. Aldığımız digər məlumata görə “Loqofon” şirkəti Müşfiq Tükanovun şəriki İlqar Yusubova məxsusdur. Ancaq İlqar hər yerdə deyir ki, şirkətin adı mənimdir, əslində şirkət Abdulla Məlik-Aslanovundur. Məlumdur ki, bu şirkət mobil telefonların satışını və kontur satışını həm regionlarda,həm də ölkə paytaxtında təşkil edir.

İlqar Yusubov “Loqofon”şirkətini “obnaliçka-depozit”mənbəyi kimi işlədir.”Azerfon” şirkətindən aldığı malların hesabına İlqar Yusubovun şəriki Müşfiq Tukanov ona “obnaliçka” üçün öz bankında geniş imkanlar yaradır. Qeyd edək ki, İlqar Yusubov vaxtı ilə “DəmirBank”ın “Mərkəz” filialında kassir işləyərkən bir çox maxinasiyalarla məşğul olub, bir çox şirkətlərin banka ödənişlərini saxtalaşdıraraq onlara saxta bank qəbzləri təqdim edib. Həmin illərdə “DəmirBank”ın “Mərkəz” filialının müdiri, hazırda «Azərbaycan Dəmir Yolları» QCS-nin sədrinin köməkçisi olan İlqar Məmmədov olub. Saxta qəbzlər təqdim edilən həmən şirkətlərin adları bizə məlum olsa da hələ ki, onların adların açıqlamırıq, yalnız onu deyə bilərik ki, həmən şirkətlər neft məhsullarının tranziti ilə məşğul olublar.

Hazırda “Loqofon”şirkətinin sahib olaraq bu şirkət vasitəsi ilə bir çox maxinasiyalara imza atan İlqar Yusubov barəsində araşdırmamız davam edir. Bizə daxil olan məlumata görə İlqar Yusubov uşaqlıq dostu Papko Aleksandrı və onun həyat yoldaşını baş mühasib kimi şirkətə işə götürüb. Köhnə dostlar baş-başa verərək maxinasiyalarla məşğuldurlar.Və maxinasiyalara İlqar Yusubov şəxsən özü rəhbərlik edir.
Növbəti yazıda bu barədə bəhs edəcəyik.

Geri qayıt