Əsas Səhifə > Hadisə, Manşet > İran agenturasına bağlı bankda yeni fırıldaq üsulu
İran agenturasına bağlı bankda yeni fırıldaq üsulu3-09-2014, 11:42 |
DİA.AZ: - İranın xüsusi xidmət orqanlarına bağlı Oromi qardaşlarının payçısı olduğu «Bank of Baku» ilə bağlı redaksiyamıza şikayətçi düşən Bakı sakini bildirir ki, bu bankın onun başına açdığı oyunlardan müxtəlif instansiyalara şikayət etsə də, hansısa tədbir görülmür. Əksinə, «bu bankın xalqdan taladağı pulların bir qismi Bakıdakı İran agenturasına ötürülür» kimi əsaslı ittihamlar da qulaqardına vurulur. Belə bir şəraitdə təbii ki, vətəndaşların ciblərinin soyulması üçün günü gündən yeni fırıldaqlar ürətən «Bank of Baku» rəhbərliyini qınamaq doğru olmaz. DİA.AZ-a məlumat verən vətəndaşlardan biri bildirir ki, onun sözügedən banka kredit borcu var: «Neçə müddətdir ki, maddi durumum pisləşdiyindən artıq kreditimi ödəyə bilmirəm. Banka girov qoyduğum maşından taksi kimi istifadə edirdim və 2 il ərzində həmin maşınım da bir neçə dəfə qəza keçirdiyindən, ciddi qiymətə getmir. Banka olan hazırki borcumun miqdarı isə 8 min manatdır. Maşınımı isə real olaraq 4500 dollara ancaq sata bilərdim. Artıq maşınımı da əlimdən alıblar və özləri də görüblər ki, real qiyməti borcumdan çoxdur. Ona görə də məni yenidən sıxmağa başlayıblar və mənimlə digər əmlakımın - evimin üzərində yeni müqavilə bağlamaq istəyirlər. Mən isə onlara bildirirəm ki, banka pulun müqabilində qoyulan əmlak, yəni risqə atılan əmlak maşın olub və bununla kifayətlənməlisiniz. Amma buna baxmayaraq məni yenə də sıxırlar və yeni müqavilə imzalamağa vadar etmək istəyirlər». Hər halda, bu hadisəni biz bank tarixində «yenilik» kimi də qəbul etməliyik. Təbii ki, yaxşı mənada yox… dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |