Əsas Səhifə > Hadisə, Manşet > Fəxrəddin Zeynalov Mikayıl Cabbarovun atasına nədən bu qədər pul xərcləyir?
Fəxrəddin Zeynalov Mikayıl Cabbarovun atasına nədən bu qədər pul xərcləyir?28-08-2014, 11:09 |
DİA.AZ: - Əslində Misir Mərdanovun təxminən 1 il əvvəl təhsil naziri postundan alınması sözügedən sektorda yaxşılığa doğru yeni bir mərhələnin başlanğıcı olacağı fikirlərini ortaya qoydu. Elə mətbuatda yer alan materialların ruhundan duymaq olurdu ki, təhsil naziri Mikayıl Cabbarovun həyata keçirdiyi kadr islahatları ictimaiyyət ətərfindən dəstəklənir... DİA.AZ bildirir ki, amma Mikayıl Cabbarova ümidsiz baxanlar da var idi. Bütün bunların müvəqqəti olduğunu, arxada qalacağını, Mikayıl Cabbarovun özünə yaxın kadrları iş başına gətirdikdən sonra “yeni yığım” qaydalarını işə salacağını bildirənlər də vardı. Belə də oldu. dia-az.site-ı məlumatlandıran mənbə bildirir ki, Mikayıl Cabbarov ən gəlirli sahələrə öz yaxın ətrafını yerləşdirib. İçərişəhər qoruq idarəsində işlədiyi zaman dostu olan bütün insanları Təhsil Nazirliyində ətrafına topladı. Hazırki vəziyyət göstərir ki, nə Mikayıl Cabbarov, nə də ətrafı təhsil sistemini bilmirmiş. Pisi də odur ki, Misir Mərdanovdan qalma bəzi işbilən kadrları Mikayıl Cabbarov işdən çıxardı və ya onları məcbur etdi, hətta bəzilərinin yerini dəyişdi. Hazırda təhsil sistemində rüşvətin yığılmasına hiss olunmayacaq bir şəkildə göstəriş də verib. Bakı şəhərinə aid bütün orta məktəblərdə birinci sinfə gələcək şagirdlərin valideynlərindən 50-100 manat aralığında rüşvət yığılır. Bunları isə Mikayıl Cabbarov çox gözəl bilir. Paralel olaraq, Təhsil Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinə verilmiş tikinti idarəsini, TQDK-nın səlahiyyətlərində olan attestatların verilməsi kimi gəlirli sahələri nəzarətinə qaytarması Mikayıl Cabbarovun təhsil deyil, pullu sahələri əlində cəmləşdirməsi kimi yadda qalır. DİA.AZ xatırladır ki, bir müddət öncə Mikayıl Cabbarovun yaxın ətrafına zərfdə pul paylaması, texniki peşə məktəblərində sexlərə qoyulan taskını 2 dəfə artırması Gəncə Dövlət Universitetində öz adamının əli ilə rüşvət yığması, Təhsil Nazirliyinə aid uşaq evlərinin özəlləşdirilməsində ətrafına yasıl işıq yandırması, hətta Gəncə şəhəri Vatutin küçəsində yerləşən 5 nömrəli uşaq evini atası Çingiz Cabbarovun adına rəsmiləşdirilməsi və 5 nömrəli uşaq evinin yüksək səviyyədə təmirini Gəncə Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalova həvalə etməsi təhsilin inkişafı ilə bağlı yaxşı heç nə vəd etmir. Yeri gəlmişkən, son günlər Mikayıl Cabbarovun atası ilə Gəncə Humanitar kollecin direktoru arasında narazılıq yaşanıb. Fəxrəddin Zeynalovun Mikayıl Cabbarova yaxın olması barədə fikirləri başına bəla olub. Ev kimi istifadə olunacaq keçmiş bağçaya xərclədiyi 80 min manat vəsaitin olduğu barədə xəbərlər də yayılmaqdadır. Hətta, bir müddət əvvəl Fəxrəddin Zamanovun işini itirəcəyini bildikdə Çingiz Cabbarovun onu qurtarması söylənilir. Onda Fəxrəddin Zamanovun 200 min manat xərcə düşdüyü onu narahat edib. Hazırda Çingiz Cabbarovla Fəxrəddin Zamanov bir-birindən narazı düşüb. Təhsildə gedən proseslər yaxşı nəticə verməyə bilər. Mikayıl Cabbarovun təhsili bilən, kollegiya üzvləri olan universitet rektorlarını kollegiya üzvlüyündən azad etməsi təhsillə bağlı geriləmələrin göstəricisidir. Əhliman Əmiraslanov, Abel Məhərrəmov kimi görkəmli təhsil işçilərinin kollegiya üzvlüyündən azad edilməsi sübut edir ki, təhsil sistemini Mikayıl Cabbarov Ceyhun Bayramov, Elnur Əliyev, Mətin Məhərrəmov kimi şəxslərlə idarə etmək fikrinə düşüb. Bu təbii ki, elmi ictimaiyyəti narahat edir. Belə narahat dolu nidalar bir az əvvəl Gəncə Dövlət Universitetinin müəllim-professor heyəti tərəfindən səsləndirildi. Məsələn, onun elmi dərəcəsinin olmaması, hələ indiyədək bir saat dərs deməməsi təhsil ictimaiyyətinin nəzərindən qaçmır. Onun məqsədi təhsili düzəltmək deyil, təhsil adı altında külli miqdarda dövlət vəsaitini mənimsəməkdi. Çünki, onun gedişlərindən də bunu yəqin etmək olur. Bakının bütün orta məktəblərində hər ay müxtəlif adlar altında rüşvət toplanır. DİA.AZ bildirir ki, vəziyyət o qədər acınacaqlıdır ki, hətta valideynlər intihar həddinə belə çatıblar. Mikayıl Cabbarov isə belə negativ halların qarşısının alınması istiqamətində bircə addım atmır. Onun saxta diplomlardan danışması, məktəb ərazilərinin satılmasına dair fikirlər səsləndirməsi, orta məktəb dərslik vəsaitlərinin problemlərinə toxunması uzunmüddətli bir dövrü əhatə etdiyindən belə qənaət hasil olur ki, o ancaq keçmiş nazir Misir Mərdanovu və onun yaxın ərtafını foksda saxlamaq istəyir. Bu adlar altında isə təhsili düzəltmək deyil, hazırda rüşvət toplanması deməyə əsas verir ki, ictimaiyyətin fikri başqa tərəfə yönəlsin, Mikayıl Cabbarov “öz işini” görsün. Son günlər isə buna əyani sübut kimi Gəncə Dövlət Universitetinin müəllim professor heyətinin ittiham dolu fikirləri Mikayıl Cabbarov haqqında deyilənləri təsdiqləyir. Yerlibazlıq, qohumbazlıq, dostbazlıq Mikayıl Cabbarov üçün xüsusi önəm kəsb edir. Bunun olacağı mümkün hesab edilməli idi. Çünki, hazırki təhsil naziri Mikayıl Cabbarovun zamanında İçəri Şəhərdə ofis üçün nəzərdə tutulan yerlər ən baha qiymətə rəsmiləşdirilirdi. Onda o, İçəri Şəhər Tarixi Memarlıq Abidələri İdarəsinin rəisi idi. Geri qayıt |