Əsas Səhifə > Hadisə, Manşet > Ad gününü dünən qeyd edən Allahşükür Paşazadəyə şok zərbə planı işə düşür

Ad gününü dünən qeyd edən Allahşükür Paşazadəyə şok zərbə planı işə düşür


27-08-2014, 12:55
Ad gününü dünən qeyd edən Allahşükür Paşazadəyə şok zərbə planı işə düşür
DİA.AZ: - Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətini monopoliyaya aldığı üçün kəskin suçlamalarla üz-üzə qaldı. Xatırladaq ki, QMİ artıq bir neçə ildir ki, ölkədəki turizm şirkətlərinə Azərbaycandan Həcc ziyarətinə zəvvarların daşınması üçün icazə vermir. Belə ki, əvvəllər yerli tur şirkətləri də Həcc ziyarətinə zəvvarları aparırmışlar. Amma sonradan QMİ bu sahəni öz monopoliyasına alıb.

Halbuki 2001-ci ildə tur şirkətləri zəvvarları çox sərfəli və təhlükəsiz şəkildə Həccə aparıb-gətirirdi. Həcc ziyarətinə zəvvarları bir neçə tur şirkəti aparıb-gətirdiyindən rəqabət mühiti vardı. Zəvvarlar qiymətdə və keyfiyyətdə onlara sərf edən istədikləri şirkəti seçib, ziyarətə gedirdilər. Amma indi zəvvarların bu seçim imkanı yoxdur. QMİ Həccə ziyarəti 10 min manata qaldırsa, zəvvarlar məcburdur ki, həmin qiymətlə razılaşsınlar. DİA.AZ-a daxil olan məlumata görə, halbuki bunu turizm şirkətləri təşkil etsə, dəfələrlə ucuz başa gələr. Üstəlik, QMİ-nin Həcc ziyarətlərinin təhlükəsizliyinin də ciddi şübhə altında olduğu iddiası var.

Ad gününü dünən qeyd edən Allahşükür Paşazadəyə şok zərbə planı işə düşür

Məlumatlara görə, yerli turizm şirkətlərimiz rəhbəri illərdir QMİ-yə onlara Həcc ziyarətinin təşkili məqsədi ilə icazə verilməsi üçün məktub göndərsə də, onun məktublarının heç birinə cavab verilməyib. Bu isə belə bir qənaəti möhkəmləndirib ki, QMİ Həcc ziyarətini monopoliyaya alıb. Bu bir fakt olduğundan hətta QMİ sədri dini turizm sahəsində məhz onun inhisarçılığına dəstək verən Səudiyyə Ərəbistanı rəhbərliyinin də Azərbaycandakı maraqlarını güdmək zorunda qalıb. Nəticədə bu gün Şeyxin göz yumduğu vəhabi şəbəkəsi Azərbaycan oğullarını Suriya, İraq, Əfqanıstan kimi cəhənnəmlərdə cənnət sevdası ilə tələf etməkdədir.

DİA.AZ əməkdaşı ilə söhbətində vaxtilə Həcc ziyarətlərinin təşkili ilə məşğul olmuşfirmalardan birinin rəhbərliyində təmsil edilən şəxs də Şeyxə qeyd etdiyimiz suçlamalarla razılaşıb. O da QMİ-nin Həcc ziyarətini inhisara aldığını deyib və əlavə edib ki, belə hal digər müsəlman ölkələrinin heç birində yaşanmır.

Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, Şeyxin rəqibləri də dinc oturmayıblar və hətta dini turizmin tənzimlənməsi məqsədilə yeni qanun layihəsi də hazırlayırlar.

Yəni gözləniləndir ki, Paşazadənin dövlət maraqlarımızı təhlükəyə ataraq inhisara aldığı bu sahəyə dövlətimiz əl qoysun...

Geri qayıt