Əsas Səhifə > Hadisə, Manşet > Ruslar Qarabağ kartından hansı məqsədlə istifadə etməyi düşünürlər?

Ruslar Qarabağ kartından hansı məqsədlə istifadə etməyi düşünürlər?


11-08-2014, 11:47
Ruslar Qarabağ kartından hansı məqsədlə istifadə etməyi düşünürlər?
DİA.AZ: - «Soçi görüşü gözləniln kimi olmadı və buna səbəbkar Ermənistanın Rusiyanı açıq şəkildə şantaj etməsidir. Hər halda, Rusiya yüz illər ərzində müttəfiq, daha dəqiqi özünün Cənubi Qafqazdakı uzantısı kimi gördüyü Ermənistandan imtina etməz». DİA.AZ-a prezidentlərin Soçi görüşünü şərh edən hökumət içindəki mötəbər mənbə məlumat verir ki, Soçidə mühüm qərarlar da verilib ki, bu barədə ictimaiyyət məlumatlandırılmır.

Mənbənin bu barədə bəzi ehtimalları var və onları dia-az.site-a açıqlayıb: «Soçidə Azərbaycanın işğal altında olan Qarabağətrafı rayonlarından 2-sinin - Ağdam və Füzulinin azad edilməsi ilə bağlı mühüm anlaşma əldə olunub. Amma anlaşmanın altında Sərkisyanın «zəruri qeydi» də var. Belə ki, Ermənistan prezidenti bu prosesin 5 il ərzində baş tutmasını istəyir. Buna isə Azərbaycan prezidenti sərt təpgi verib. Yəni Sərkisyana görə, hələ Ağdam və Füzuli 5 ilə azad olunmalıdır. Bu da onu göstərir ki, Ermənistan güclü gördüyü Azərbaycanı Rusiyanın təzyiqi ilə hərbi əməliyyatlardan çəkindirməklə yanaşı, həm də hazırki status-kvo durumunun ömrünü uzatmağa çalışır».

Mənbə iddia edir ki, sonradan Putinin təkidi ilə Ermənistan Ağdam və Füzulinin rayon mərkəzlərinin azad edilməsinə razılıq verib: «Amma bu barədə qərar qətiləşməyib. Prezidentlərini görüşünün ardından Moskvada XİN başçılarının da görüşü olacaq. Bu da Rusiyanın nəzarəti altında. Bununla ruslar həm də dünyaya nümayiş etdirəcəklər ki, Qarabağ problemi məhz onların nəzarətindədir. Ona görə də bu gün 2 və yaxud da bir neçə rayonu nazad edilməsi, ümumiyyətlə, cəbhə xəttindəki hazırki durumun hansısa formasında dəyişdirilməsi münaqişə tərəflərindən daha çox Rusiyaa lazımdır. Ruslar bununla Qərbə hansı qüdrətdə olduqlarını hiss elətdirmək istəyirlər».

Geri qayıt