Əsas Səhifə > Hadisə, Manşet > Siyəzənin icra başçısı “cəbhəyə yardım” adı altında pul yığır
Siyəzənin icra başçısı “cəbhəyə yardım” adı altında pul yığır7-08-2014, 14:31 |
DİA.AZ: - Bu gün bəllioldu ki, bəzi rayon icra hakimiyyəti başçıları son olaraq cəbhədə yaranan gərginlik və bu gərginliyin fonunda yaranmış atmosferə ayaq uydurmağa çalışırlar. Amma onların bu vətənpərvər görünmə təşəbbüsləri saxtakarlıqları səbəbindən özünüifşa ilə nəticələnir. Lakin bəzi rayonlar da var ki, daha da irəli gedərək orduya yardım adı altında ciblərini doldurmaqla da məşğuldurlar. Onların sırasında Siyəzən rayonu da var. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat verib. Sakinlər bildirir ki, icra hakimiyyətinin başçısı Arif Qasımov rayon ərazisindəki obyektlərə total hücum əmri verib. Sakinlər redaksiyamıza yazırlar: «Arif Qasımovun adından dünəndən, səhər saatlarından etibarən rayon mərkəzində və digər ərazilərdəki obyekt sahiblərinə xəbərdarlıq edilib. Guya cəbhəyə pul toplayırlar. Azərbaycan dövləti eləmi zəifdir ki, sahibkarların puluna qalsın? Təbii ki, yox. Biz yaxşı bilirik ki, həmin pulu mənimsəmək üçün toplayırlar. Çünki sahibkarlardan biri etiraz edib və deyib ki, özü ayrıca olaraq Orduya Yardım Fonduna 1000 manat pul keçirib. Amma icradan deyiblər ki, bu pul ayrıdır. Nə ayrıdır? Yaxşı bilirik ki, həmin pulu yeyəcəklər”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |