Əsas Səhifə > Hadisə, Manşet > "Atəşgah Sığorta"da vətəndaşlara necə fırıldaq gəlirlər?

"Atəşgah Sığorta"da vətəndaşlara necə fırıldaq gəlirlər?


5-08-2014, 12:44
"Atəşgah Sığorta"da vətəndaşlara necə fırıldaq gəlirlər?
Azərbaycan Respublikasının Maliyyə Naziri Cənab S.Şərifova

Sürəti “Atəşgah”Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Cənab B.Mədətliyə

Bakı şəhəri, N. Yusifbəyli pr, 75.

Bakı şəhəri, Suraxanı rayonu,Əmircan qəsəbəsi, Mədən küç., ev 7 ünvanda yaşayan Qocayev Qoca Vasib oğlu tərəfindən
Müraciət
Nəzərinizə çatdırıram ki, mən idarə etdiyim “BMW X6” markalı, 99-HB-999 dövlət qeydiyyat nişanlı avtomobilə 03.06.2014-cü il tarixdə H.Əliyev pr-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı “Atəşgah” Sığorta Şirkətinə rəsmi qaydada, qanunla nəzərdə tutulmuş 5 gün ərzində müraciət etmişəm. Yol-nəqliyyat hadisəsi nəticəsində mənim avtomaşınıma 28343.61 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan “İmproteks Motors” MMM-nin baş direktoru tərəfindən təsdiq olunmuşdur. “Atəşgah” Sığorta Şirkətinin Zərərlərin Tənzimlənməsi Departamentinin rəisi cənab Vüqar Süleymanovun imzası ilə mənə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cənab V.Süleymanovun imtinasının tam əsasız hesab edirəm.
Belə ki, 34110064595 saylı, 11.12.2013-cü il tarixli sığorta müqaviləsinin əlavə şərtlər bölməsinə əsasən “BMW X6” markalı, 99-HB-999 dövlət qeydiyyat nişanlı avtomobili bu müqavilə üzrə səlahiyyətləndirilmiş sürücü olan Ələkbərov Anar Əlimövsüm oğlunun idarə etmək səlahiyyəti olması göstərilmişdir.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin tərtib etdiyi 5705 saylı 03.06.2014-cü il tarixlə YNH-nin baş verməsi faktını təsdiq etdiyi Forma № 4 sənədində aşkar görünür ki, qeyd olunan avtomaşını mən idarə etmişəm.
Sığorta müqaviləsinə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan 34110064595/1 qoşmaya əsasən, 18.07.2014-cü il tarixdən sığorta şəhadətnaməsi aşağıdakı qaydada dəyişdirirlmişdir.
Qocayev Qoca Vasib oğlu hazırkı sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs kimi dəyişdirilmiş.
Qocayev Qoca Vasib oğlu hazırki sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs kimi dəyişdirilmiş.
Avtomobilin nömrəsi 99-HB-999 kimi dəyişdirilmiş.
Bakı şəhəri 6 saylı Notariat kontorunun notariusu Ə.İ.İmanov tərəfindən 06 mart 2014-cü il tarixdə təsdiq edilmiş AR-1 № 323542 saylı etibarnamədə aydın görünür ki, Sumqayıt şəhər, MİK-8, ev 12/34 m.14 ünvanında yaşayan Ələkbərov Anar Əlimövsüm oğlu, daşınmaz əmlakı istisna olmaqla həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından və i. və s. Göründüyü kimi, Ələkbərov Anar Əlimövsüm oğlu, onun adından qanunla nəzərdə tutulmuş bütün əməliyyatları, o cümlədən sığorta təşkilatları ilə olan məsələlərin həll olunmasınıda mənə etibar etmişdir.
Belə olan halda “Atəşgah”Sığorta Şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01.12.2010-cu il tarixli “Sığorta Qaydaları” MN 2.07-ci və 5.4-cü maddələrinə əsaslanaraq mənə çatası sığorta ödənişinin verilməsindən imtina etməsi qanunsuzdur. Qaydaların 22.1.1 və 16.1.1.2 maddələrinə əsasən sığortalanmış avtomobilin bu qaydaların və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması sığorta ödənişinin verilməsindən imtina üçün bu halda əsas götürülə bilməz. Belə ki, mənə məxsus, 28.01.2014-cü il tarixdə DİN BDYPİ QİS/3 saylı ASAN Xidmət tərəfindən verilmiş AC 504590 sürücülük vəsiqəsini “Atəşgah” Sığorta təşkilatına təqdim olunmuşdur. “Atəşgah” Sığorta bu faktı da qəbul etməyərək, mənə çatası sığorta ödənişindən əsassız olaraq imtina etmişdir.
Yuxarıda qeyd olunanlara əsasən Sizdən Xahiş edirəm mənə çatası sığorta ödənişinin verilməsi üçün lazımi göstərişlər verəsiniz.

Məktuba əlavə olunur :
Sürücülük vəsiqəsinin sürəti
Etibarnamənin sürəti
Minik avtomobillərinin tam sığortası şəhadətnaməsinin sürəti
34110064595 saylı şəhadətnaməyə əlavənin sürəti
DYP idarəsinin № CYP 098840 saylı protokolunun sürəti
03.06.2014-ci il tarixli 110086 saylı arayışın sürəti
“Atəşgah” Sığorta şirkətinin 19 iyul 2014-cü il tarixli 19759/14 saylı məktubu

Hörmətlə Qocayev Qoca Vasib oğlu
02.08.2014
əlaqə tel : (055) 858-02-40
(070) 259-25-87
Redaksiyadan: Apardığımız qısa axtarış və araşdırma zamanı gördük ki, Azərbaycan mətbuatında haqqında ən çox neqativ informasiyalar gedən sığorta şirkətlərindən biri, bəlkə də birincisi “Atəşgah” sığortadır. Görünür “Atəşgah” sığortanın rəhbərliyi hətta sığorta məhfumunu özünü anlamırlar.
Və başa düşmürlər ki, bütün sivil dünyada vətəndaşlar öz mal-mülklərinin, canlarının güvənli olması üçün sığorta qurumlarına müraciət edirlər və bunun üçün vəsait ödəyirlər. Ancaq “Atəşgah” sığorta bütün bunların əklsinə olaraq əksər vaxt müştəriləri aldatmağa çalışır və mübahisə məhkəmə müstəvisinə gedib çıxır. Beləcə, “Atəşgah” sığorta ona olan etimadı itirə-itirə gedir.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

Geri qayıt