Əsas Səhifə > Hadisə, Manşet > Əbülfəs Qarayevin müavini 50 milyon manatlıq büdcə yeyintisinin qurbanı olur

Əbülfəs Qarayevin müavini 50 milyon manatlıq büdcə yeyintisinin qurbanı olur


14-07-2014, 11:24
Əbülfəs Qarayevin müavini 50 milyon manatlıq büdcə yeyintisinin qurbanı olur
DİA.AZ: - Mədəniy yət və Turizm Nazirinin müavinlərindən biri vəzifəsindən alınacaq. Bu barədə DİA.AZ-a nazirlər kabinetindəki mötəbər mənbə məlumat verib.

Xəbəri verən qaynaq dia-az.site-a həmin nazir müavininin kimliyini də açıqlayıb. Lakin ortadakı ittihamlar ciddi məsuliyyət yaratdığından biz geniş məlumatı bir sıra dəqiqləşdirmələr apardıqdan sonra diqqətinizə təqdim edəcəyik.

Məlumata görə, Əbülfəz Qarayevin müavinlərindən biri tarixi-mədəniyyət abidələrinin bərpasına, teatrların, kinoteatrların, mədəniyyət nazirliyinin balansındakı digər binaların yenidən qurulmasına, təmirinə dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunur.

Mənbənin söylədikləri: «Əbülfəs Qarayev də ilk korrupsiya qurbanını vermək zorundadır. Doğrudur, gecdir, amma istənilən halda bu sahəyə də diqqətin ayrılması məsələnin ciddiliyindən xəbər verir. Çünki söhbət dövlətin 50 milyon manata yaxın pulunun mənimsənilməsindən gedir».

Daha geniş və təfsilatlı informasiyanı yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt