Əsas Səhifə > Hadisə, Manşet > Ağcabədi təhsilində “ölü canların” məzuniyyət pulu uğrunda savaş

Ağcabədi təhsilində “ölü canların” məzuniyyət pulu uğrunda savaş


11-07-2014, 11:28
Ağcabədi təhsilində “ölü canların” məzuniyyət pulu uğrunda savaş
DİA.AZ: - Azərbaycan ictimaiyyətinin xatirində işgüzar obrazı ilə gələn yadda qalan Mikayıl Cabbarovun Təhsil naziri təyinatı birmənalı olaraq ölkəmizdə təhsil sahəsində yeni dövrün başlanğıcı kimi dəyərləndirildi. Gənc, Qərb təhsilli və eyni zamanda bundan əvvəl çalışdığı sahələrdə balansına yalnız müsbət xallar yığmış M.Cabbarov da işə başlar başlamaz olduqca mühüm açıqlamaları və qərarları ilə yadda qaldı.

Yeni nazir bütün çıxışlarında təhsil sahəsindəki neqativ halların aradan qaldırılmasının vacibliyini vurğulayaraq, yalnız işinin öhdəsindən layiqincə gələ bilənlərin bu sahədə çalışa biləcəyini qeyd etdi.

Bəli bununla da kino btimiş hesab olundu. Artıq Mikayıl Cabbarovun da Misir Mərdanov sayağı təhsilə NƏZƏR SALDIĞI aşkar surətdə duyulmaqdadır. Belə ki, qohumlarını, dostlarını vəzifələrə gətirən yeni nazir eyni qaydada – yəni Misir Mərdanovun vaxtında olduğu kimi GƏLİRLİ SAHƏLƏRİN gəlirlərinə tanah salaraq, köhnədən qalma şəbəkənin girovuna çevrildi. Elə buna görə də Cabbarov yaddaşlarda bu gün yalnız SÜPÜRGƏ PULU İNQİLABÇISI kimi assosasiya yaratmaqdadır.

Bu isə öz növbəsində yerlərdə xidmət göstərən təhsil işçilərinin də iş prinsiplərinə təsir edir. DİA.AZ-a davamlı olaraq ayrı-ayrı rayonların təhsilişçilərinin özbaşınalıqlarından, Azərbaycan təhsilinin evini yıxmalarından bəhs edən şikayət məktubları daxil olmaqdadır. Bu dəfə isə portalımıza Ağcabədi sakinləri giley-güzar ediblər.

Rayon sakinlərinin DİA.AZ-a bildirdiklərinə görə, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri tətildə olan məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Şikayətçilərin sözlərinə görə, məktəb direktorları üsyan həddinə çatıblar: “Çünki yerli təhsil idarəs müəllimlərin böyük əksəriyyətinin məzuniyyət pulunu aşkar surətdə mənimsəyib. Doğrudur, burada məktəb direktorları da günahkardır. Çünki təhsil idarəsinin müdiri yaxşı bilir ki, hər məktəbdə bir neçə “ölü can” var ki, onlar büdcədən nahaq yerə maaş alırlar. Yerli təhsilin müdiri də məhz həmin “ölü can”ların da pullarına göz dikib ki, bu da direktorların əksəriyyətini narazı salıb. Halbuki dünənə qədər həmin pulları direktorlar mənimsəyirdi. Indi isə təhsilin müdiri deyib ki, Mikayıl Cabbarova pul çatdırmalıdır, ona görə də “ölü can”ların məzuniyyət pullarını o götürəcək”.

Sakinlərin sözlərinə görə, Ağcabədi təhsilində təxminən 130-a yaxın “ölü can” çalışır....

Geri qayıt