Əsas Səhifə > Hadisə, Manşet > Polis Günü ilə bağlı təşkil olunan ziyafətdə oruclu polis işçiləri narahatçılıq keçirib
Polis Günü ilə bağlı təşkil olunan ziyafətdə oruclu polis işçiləri narahatçılıq keçirib3-07-2014, 11:36 |
DİA.AZ: - Bir zamanlar Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsini tutan və hələ AXC iqtidarı dönəmlərindən polis orqanlarında ciddi mövqelər əldə etməyə müvəffəq olan, hazırda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini daşıyan Yaşar Əliyevin rəhbərliyi altında ilginc olayların baş verdiyi iddia olunur. Bu barədə DİA.AZ-ın elektron poçtuna məlumat daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, dünən - 2 İyul - Polis Günü ilə əlaqədar bir çox polis orqanlarında olduğu kimi, Baş Mühafizə İdarəsində də tədbirlər düzənlənib. Bildirək ki, tədbirlərin qeyri-rəsmi hissələri də olub. Məlumatı verən mənbə dia-az.life-a bildirir ki, belə bir qeyri-rəsmi tədbirlərdən biri Baş Mühafizə İdarəsində də baş tutub: «Təbii ki, polislər bayramlarını qeyd etməlidirlər. Buna kimsənin etirazı ola da bilməz. Amma maraqlı olanı odur ki, Baş Mühafizə İdarəsinin işçilərinin bəzilərinin oruc tutmasına baxmayaraq, dünən rəhbərliyin təkidi ilə onlar da Polis Gününü qeyd etmək məburiyyətində qalıblar». Mənbə iddia edir ki, Bakıdakı restoranların birində təşkil olunan ziyafətə qatılan oruclu polis işçilərindən bəziləri müxtəlif bəhanə ilə məclisi tərk etsələr də, digərləri içki məclisində oturmaq zorunda qalıblar: «Hər halda, insanların hesiyyatına sayğı ilə yanaşmaq lazımdır». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |