Əsas Səhifə > Hadisə, Manşet > Fazil Məmmədovla bağlı gözlənilməz qərar verilə bilər
Fazil Məmmədovla bağlı gözlənilməz qərar verilə bilər2-07-2014, 11:19 |
DİA.AZ: - Bir ara ağır xəstə olması barədə xəbərləri yayılan Vergilər Naziri Fazil Məmmədovun səhhətində yenidən problemlər yaranıb. Redaksiyamıza məlumat verən mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, Fazil Məmmədov hətta vəzifəsini belə icra edə bilməyəcək həddə ağır xəstədir. Bu məlumatın cəmiyyətdən gizli tutulduğunu bildirən mənbə DİA.AZ-a açıqlamasında onu da əlavə etdi ki, artıq Fazil Məmmədovun istefaya göndərilməsi məsələsi aktuallaşıb: «Bu məsələ müzakirə olunub. Ola bilsin ki, Fazil Məmmədov yaxın vaxtlarda istefaya göndərilsin. Hələlik müzakirə gedir. Amma alternativ variantlar da ola bilər». Mənbəmiz onu da bildirdi ki, Fazil Məmmədovun yerinə də gənc kadrın təyinatı nəzərdə tutulub. DİA.AZ-a danışan mənbə iddia edir ki, nazir artıq işə də çıxmır: "Onun durumu bir neçə dəfə pisləşib. Faktiki olaraq neçə illərdir ki, bu vəziyyətdədir". Geri qayıt |