Əsas Səhifə > Hadisə, Manşet > Nurçuların Azərbaycandakı KİV-ləri Kərəm Həsənova həvalə olunur

Nurçuların Azərbaycandakı KİV-ləri Kərəm Həsənova həvalə olunur


1-07-2014, 11:29
Nurçuların Azərbaycandakı KİV-ləri Kərəm Həsənova həvalə olunur
Əmlak Məsələləri Dövlət Komitəsinin (DƏİK) sədri Kərəm Həsənov da Azərbaycanda media maqnatı olmağa nail olub. Bu barədə JAM.AZ-a hökumətdəki etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Həsənovun media biznesinə qol qoyması könüllü olmayıb. Ona bu işləri daha üst qurumlar həvalə ediblər. Belə ki, hakimiyyətin daxilindəki nurçuların vəzifə başlarından uzaqlaşdırılmasından sonra onların nəzarətində olan mətbuat orqanlarının maliyyələşdirilməsi problemi ortaya çıxıb. Belə olan təqdirdə, üst qurumlar Kərəm Həsənova bundan sonra həmin sayt və qəzetlərin məhz onun tərəfindən maliyyələşəсəyi təlimatını veriblər.

Mənbənin iddiasına görə, komitə sədri bu mətbuat orqanlarını saxlamaq üçün ayda 500 min manata yaxın pul xərcləməli olacaq. Müqabilində isə həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrin maliyyələşməsindən azad edilib.

Qeyd edək ki, hakimiyyətdəki nurçuların nəzarətində olan mətbuat orqanlarının sayı az deyil və onların sırasında xeyli sayda güclü və ictimai rəyə təsir edənləri də var. İqtidar mənsubları da bu təsir imkanlarını nəzərə alaraq, həmin mətbuat vasitələrindən imtina etməyiblər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt