Əsas Səhifə > Hadisə, Manşet > Astaranın Lomin kəndində icra başçısına şok ittiham səsləndi

Astaranın Lomin kəndində icra başçısına şok ittiham səsləndi


23-06-2014, 12:48
Astaranın Lomin kəndində icra başçısına şok ittiham səsləndi
DİA.AZ: - Redaksiyamıza Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə bağlı ilginc bir informasiya daxil olub. Xatırladaq ki, zaman-zaman şübhəli fəaliyyətdə ittiham olunan Qəzənfər Ağayev hətta Masallı icra hakimiyyətinin başçısı postunu tutarkən həmin ərəfədə rayonun deputatı olan, hazırda Daşkəsən RİH-ə rəhbərlik edən Əhəd Abıyev tərəfindən narkotik ticarətinə başçılıq etməkdə də ittiham olunurdu. DİA.AZ vurğulayır ki, o zamanlar Əhəd Abıyev hətta Qəzənfər Ağayevi bu şəkildə Milli Məclisin tribunalarından belə ittiham etmişdi.

Deyəsən, bu ittihamlara zamanında reaksiya verməməsi Qəzənfər Ağayevə hələ də problem yaratmaqdadır. Bu barədə DİA.AZ-a Astaradakı qaynaqlar informasiya ötürüb.

Xəbəri verən mənbə bildirir ki, bu günlərdə Astara RİH rəhbəri Qəzənfər Ağayev rayonun ən ucqar dağlıq ərazisində yerləşən Pəlikəş İnzibati ərazi dairəsinin Lomin kəndində əhali ilə görüş keçirib. Təbii ki, bu görüş də özünün şabloe çıxışları, şablon rəhbər dinləmələri və şablon vədlər yağışı ilə keçib. Amma görüşdə şablon olmayan bir hadisə də baş verib.

DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Lomin kəndinin ağsaqqallarından biri icra başçısına qarşı sərt ifadələr işlədib: «Təxminən 70-ə yaxın yaşı olan kənd sakini görüşdə başçıya nədən Astaraya rəhbər göndərilməsi barədə danışıb. Bildirib ki, Masallıda olarkən də Qəzənfər Ağayev narkotik qaçaqmalçıları ilə əlaqədə olub, Astaraya da bu məqsədlə göndərilib ki, İran-Azərbaycan sərhəddindən uzaq salınmasın və işini rahat davam etsin».

Mənbə iddia edir ki, bu gözlənilməz ittihama heç bir cavab verməyən Qəzənfər Ağayev xeyli müddət susası olub: «Yalnız araya girən ərazi icra nümayəndəsi ağsaqqalı görüşdən uzaqlaşdırdıqdan sonra tədbir yenidən davam edib. Amma başçı heç nə danışmayıb. Hətta sakinlərlə görüşmədən belə ərazini tərk edib».

Mənbənin dia-az.site-a bildirdiyinə görə, hələlik həmin ağsaqqala heç nə etməyiblər: «Amma yəqin ki, başçı onun özünə olmasa da, yaxın qohumlarına hansısa təzyiqləri edəcək».

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt