Əsas Səhifə > Hadisə, Manşet > “Atəşgah” Sığorta Şirkəti vətəndaşın haqqını necə pozur?
“Atəşgah” Sığorta Şirkəti vətəndaşın haqqını necə pozur?21-06-2014, 13:33 |
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mədən küçəsi, ev 7 ünvanda yaşayan Bakı şəhər sakini Qocayev Qoca Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət ünvanlayıb. Müraciətin sahibi bildirir ki, ona məxsus olan “BMW X6” markalı , 99 HB 999 dövlət qeydiyyat nömrəli avtomobilə 03.06.2014-cü il tarixdə Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xeyli zərər dəyib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi akt da tərtib edib. Zərərçəkən Qoca Qocayev “Atəşgah” şirkəti ilə bağlanmış 34110064595 saylı sığorta müqaviləsinə əsasən ona dəymiş ziyanı şirkətdən tələb edir. Ancaq sığorta şirkətinin Zərərlərin Tənzimlənməsi Departamentinin rəisi Vüqar Süleymanov heç bir ciddi əsas gətirmədən müştəriyə ziyanı ödəməkdən imtina edir. Sığorta şirkətinin zərərçəkənə ünvanladığı məktubda qeyd olunur ki, hadisə zamanı sükanın arxasında bizimlə sığorta müqaviləsi bağlayan Anar Ələkbərov deyil, siz olmusunuz. Belə olan halda Qoca Qocayev bildirir ki, mənimlə Anar Ələkbərov arasında qanuni formada alqı-satqı olub və hadisə baş verən zaman avtomobil mənim mülkiyyətimdə olduğu üçün əlbəttə sükanın arxasında mən olmalıydım. Əllərində heç bir arqument olmayan şirkət vəzifəlisi bildirir ki, belə olan halda 5 gün müddətində bizə məlumat verməliydiniz. Qoca Qocayev alqı-satqının hələ 5 gün olmadığını söyləyəndə şirkətin nümayəndəsi yenə bəhanə axtarır. Bağlanan sığorta müqaviləsinin 9.1-ci maddəsində göstərilir ki: “Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığortalı sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməlidir”. Biz isə “Atəşgah” sığorta şirkətinin rəhbərliyindən soruşuruq ki, hadisə baş verəndə nəinki 5 iş günü, ümumiyyətlə, 5 gün keçməmişdir. Deməli, hər şey qaydasındadır. Sadəcə, siz müştəriyə dəymiş zərəri ödəmək istəmirsiniz. Belə olan halda çəkişməni məhkəmə həll etməlidir. Bütün bunlara aydınlıq gətirmək üçün Zərərlərin Tənzimlənməsi Departamentinin rəisi Vüqar Süleymanovla ( 4-97-81-82 ) telefon əlaqəsi yaratsaq da onu yerində tapa bilmədik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |