Əsas Səhifə > Hadisə, Manşet > Hakimiyyət daxilində «nurçu ovu» kampaniyasının yeni dalğası başlayır

Hakimiyyət daxilində «nurçu ovu» kampaniyasının yeni dalğası başlayır


17-06-2014, 11:39
Hakimiyyət daxilində «nurçu ovu» kampaniyasının yeni dalğası başlayır
DİA.AZ: - Hakimiyyət daxilində bir müddət əvvəl geniş vüsət alan və bu proses nəticəsində iki nüfuzlu məmurun istefası mümkünləşən «nurçu ovu» kampaniyası yenidən baş qaldıra bilər. Amma bu dəfə fərqli bir sahədə. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, bir ara bir çox məmurların, deputatların və hətta ictimai xadimlərin belə qorxulu röyasına çevrilən «nurçu ovu» Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərovun vəzifələrindən alınmalarına, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və daha bir neçə məmurun mövqelərinin sarsıdılmasına gətirib çıxarsa da, prosesdən istifadə cəhdləri bununla da bitməyəcək.

Mənbənin dia-az.site-a söylədikləri: «Bu dəfəki hədəf Dövlət Gömrük Komitəsidir. Məlumdur ki, bu gün Fətullah Gülən cameəsinə yaxın iş adamları həm də Azərbaycanın idxal biznesində böyük imkanlara malikdirlər. Bunun da nəticəsində onların gömrük orqanları ilə gözəl münasibətləri yaranıb. Nurçulara bağlı təxminən 20-yə yaxın tanınmış şirkət bu gün gömrük orqanları il əvə konkret olaran DGK-dakı yüksək ranqlı məmurlarla birbaşa əlaqədədir».

Mənbəmiz iddia edir ki, həmin iş adamları ilə əlaqədə olaraq faydalanan gömrük məmurlarından bəhs edən kompomat xarakterli materialların ictimailəşdirilməsi gözlənilir: «Bununla bağlı «hərəkətə keç» əmri yaxın günlərdə bəlli mətbuata elan olunacaq».

Daxil olan informasiyalara görə, həmin nurçu iş adamlarının böyük əksəriyyətinin şəxsən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə gözəl münasibətdə olduğunu sübutlayan məluatların da ictimailəşdirilməsi gözlənilir.

Geri qayıt