Əsas Səhifə > Hadisə, Manşet > İranlı ayətullah Azərbaycan diplomatından da dindar məhbusların halını soruşdu

İranlı ayətullah Azərbaycan diplomatından da dindar məhbusların halını soruşdu


13-06-2014, 12:04
İranlı ayətullah Azərbaycan diplomatından da dindar məhbusların halını soruşdu
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İmam Xomeyninin vəfatının ildönümü münasibətilə başsağlığı vermək üçün bir neçə gün əvvəl Təbriz şəhərinin cümə imamı Ayətullah Müctəhidi Şəbüstəri ilə görüşüb. DİA.AZ bildirir ki, bu görüşlə bağlı rəsmi qaynaqlar o qədər də dərin informasiya verməsələr də, İran portalları görüşdə həmçinin Azərbaycan həbsxanalarında saxlanılan iranmeyilli dindarların da məsələsinin müzakirə olunduğunu bildiriblər.

DİA.AZ olaraq “arannyus”da yer alan xəbəri diqqətinizə təqdim edirih: “Baş konsul görüşdə İmam Xomeynini qlobal şəxsiyyət adlandıraraq demişdir: “O, yalnız dünya müsəlmanlarının rəhbəri və Şiə dünyasının təqlid müctəhidi deyil, dünyanın dini dövlət başçıları üçün aydın düçüncəli rəhbər və bacarıqlı siyasi xadim olmuşdur”.
İranı, xüsusən də Təbrizi özünün ikinci vətəni sayan Baş konsul söhbətinin davamında əlavə edib: “İran İslam Respublikası iqtisadi və ticari strategiya baxımından Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malikdir və dövlət rəsmiləri bu münasibətləri inkişaf etdirməkdə maraqlıdırlar”.
Ayətullah Müctəhidi Şəbüstəri görüşdə İslam yolunda müqaviməti və hegemon qüvvələr qarşısında qorxmazlığı İmam Xomeyni məktəbinin təlimlərindən hesab edərək demişdir: “İmam Xomeyni İslam hərəkatının əvvəlindən özünün misilsiz müqaviməti, xalqın dəstəyi və Allaha təvəkküllə İslam İnqilabının əsasını qoydu. Bu gün dünya müsəlmanları onun müqəddəs yolunu davam etdirirlər. İmam Xomeyninin təqlid müctəhidi olması xalqa rəhbərlik üçün böyük bir imtiyaz idi. O yalnız müsəlmanların deyil, hətta çoxlu qeyri-müsəlmanların da rəhbərinə çevrildi.”
Ayətullah Müctəhidi Şəbüstəri İran və Azərbaycan Respublikası arasında rəsmi və ticari səfərlərin artdığını və bunun siyasi, iqtisadi, mədəni və dini münasibətlərin inkişafına müsbət təsir göstərdiyini vurğulayaraq dedi: “Əgər bədxah düşmənlər əngəl törətməsələr, bu münasibətlər get-gedə genişlənə bilər. Bu iki dost ölkənin dini baxımdan ortaq cəhətləri çoxdur. Yaxşı işlərə dəvət etməyin və pis işlərdən çəkindirməyin İslam hökmlərindən olduğunu nəzərə alaraq, Azərbaycanda müsəlman və islamçılarla yaxşı rəftar olunmalı, onlar təzyiq və təqiblərə məruz qalmamalıdırlar”.

Geri qayıt