Əsas Səhifə > Hadisə > “LEXUS”U QAÇIRDI, QƏZA TÖRƏTDİ
“LEXUS”U QAÇIRDI, QƏZA TÖRƏTDİ27-03-2012, 13:49 |
DYP-DƏN QAÇANDA MAŞINI MANEƏYƏ VURUB Bakıda qanına məxsus avtomobil qaçırılıb. Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 26-da Nərimanov rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində Bakı şəhər sakini Pərvanə Qocayevaya məxsus "Lexus" markalı avtomaşın qaçırılıb. Nərimanov Rayon Polis İdarəsnin 18-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının orada işləyən Nicat Orucov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri aparılır. Geri qayıt |