Əsas Səhifə > Hadisə, Manşet > Sabirabad səhiyyəsində böhranın miqyası daha da genişlənir
Sabirabad səhiyyəsində böhranın miqyası daha da genişlənir26-05-2014, 10:29 |
Ötən gün Səhiyyə Nazirliyi videosu yayılmış Sabirabad rayon Perinatal Mərkəzin direktoru Vüsal Məmmədovu tutduğu vəzifəsindən azad etdiyinə dair müvafiq qərar qəbul etdi. Bildirək ki,adı çəkilən bu şəxs xəstədən külli miqdarda rüşvət tələb etməkdə günahlandırılır.Rayon sakinləri bildirir ki,“bu hələ harasıdır,Sabirabad rayon Mərkəzi Xətəxanasında bu kimi hadisələrin sayı,hesabı yoxdur.Hər işin başında rüşvət dayanır və onlara bu şəraiti yaradan da məhz baş həkim Əziz Mikayılovdur”. Xatırladaq ki,bir müddət bundan öncə redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Ruhiyyə Baladadaş qızı Əliyeva Əziz Mikayılovun ondan 400 manat pul alaraq, qeysəriyyə əməliyyatı etdiyini ancaq əməliyyatı düzgün etmədiyinə görə yaranın yerinin şişməsi və ayaqlarında müxtəlif ağrıların yarandığını bildirmişdir.Bu gün isə ,Ruhiyyə Əliyeva bir daha şikayət edərək bildirdi ki, “ayağımdakı ağrılar nəticəsində ayaqlarım tutulub,yeriməkdə çətinlik çəkirəm,əgər tez bir zamanda şikayətimə baxılmasa,Səhiyyə Nazirliyinin binası önündə özümü yandıracam”.Bildirək ki,məsələ ilə bağlı Əziz Mikayılovla əlaqə saxladıq.Ancaq o,xəstəni dəli adlandıraraq,özünə bəraət qazanmağa çalışdı. Etibarlı mənbələrdən Bolgexeber.com-a daxil olan məlumata görə sakinlərin bu cür etirazları onu göstərir ki,Əziz Mikayılov da vəzifədəki son günlərini yaşayır.Hətda belə deyilir ki,o təkcə işdən çıxarılmaqla kifayətlənmiyəcək,üstəlik həbs cəzası da ala bilər. Onu da qeyd edək ki,şikayətçi Ruhiyyə Əliyeva Əziz Mikayılovdan öz haqqını tələb edib.Ancaq baş həkim onu Prokrorluq və Nazirliklə hədələyib və bütün bu danışıqlar səs yazma halında əməkdaşlarımıza çatdırılıb. Növbəti yazılarımızda həmin səs yazmanı sizə təqdim edəciyik. Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq. Geri qayıt |