Əsas Səhifə > Hadisə, Manşet > Mikayıl Cabbarov Masallıdakı kadrının əməllərindən xəbərdardırmı?
Mikayıl Cabbarov Masallıdakı kadrının əməllərindən xəbərdardırmı?13-05-2014, 11:05 |
DİA.AZ: - Görünür, Mikayıl Cabbarov hələ çox çalışmalıdır ki, təhsil sistemindəki “Mərdanov izlərindən” qurtula bilsin. Hər halda bu gün elə nazirin özünün də barəsində danışdığı problemlərin əksəriyyəti məhz Misirin fironluq dönəmindən qalıb. Əsas problemlər isə rayonlarda yaşanılır- desək, yanılmarıq. Vəziyyət o həddə çatıb ki, hətta bəzi rayonlarda valideynlər övladlarına normal təhsil vermələri üçün paytaxta, iri şəhərlərə köç etmək zorunda qalırlar. Həmin ünvanlardan biri isə Masallı rayonudur. Bu rayonun təhsil sisteminə “bazarkom” xarakterinin nəzarət etməsi durumu daha da acınacaqlı vəziyyətə gətirib çıxaran başlıca faktor kimi çıxış etməkdədir. Velə ki, DİA.AZ-a ünvanllanan müraciətdə bildirilir ki, Masallı rayon təhsil şöbəsinin müdiri rəsmən bazar açıb və yalnız texniki ştatları 1500-2000 manata satır. Hər halda bu, TŞ müdirinə qarşı yeganə ittiham deyil. Amma bu faktın özü yetərlidir ki, möhtərəm müdir haqqında təəssürata malik olasan. Məlumata əsasən Tşmüdiri Astan İbişov Masallı məktəblərində texniki ştatlar alır və və bu yerlərə işə aldığı hər bir şəxsdən 1500-2000 manat rüşvət alır. Mənbə bildirir ki, Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Zeynalovla bacanaq olan Astan İbişov yeni ştatlar almaqda heç də çətinlik çəkmir. Buna görə də Masallı təhsil şöbəsinin müdiri özünə yeni bazar açıb. Bildirilir ki, Azər Zeynalov bacanağına yeni ştatların verilməsini təmin edir və ikili açdıqları bazardan heç də pis qazanmır. Məlumatda göstərilir ki, Masallının demək olar ki, bütün məktəblərində texniki ştatlar süni şəkildə artırılıb və bunun nəticəsində dövlət büdcəsinə kifayət qədər ziyan vurulur. Lakin bacanaqlar təkcə ştat alveri ilə məşğul olmurlar. Təkcə bu il sənədlərdə Masallı məktəbləri üçün yarım milyon manatlıq bərk inventar «satın» alınsa da, bu inventarlar məktəblərə gəlib çıxmayıb. Həmin pulları Azər Abdullayevlə Astan ibişov şərikli mənimsədikləri iddia olunur. Hər halda, bu gün Azərbaycanda təhsil sisteminə məsul olan Mikayıl Cabbarovun elə qeyd olunan faktları araşdırmasına ciddi ehtiyac var. Əgər bu gün onun kadrları məktəblərə tədris ocağı kimi yox, gəlir yeri, obyekt kimi baxırlarsa, o zaman müdaxilə zəruridir... Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |