Əsas Səhifə > Hadisə, Manşet > Hakimiyyət növbəti kadr ələməsi prosesinə «hamilədir» - «Qara siyahı»da hansı məmurların adları var?

Hakimiyyət növbəti kadr ələməsi prosesinə «hamilədir» - «Qara siyahı»da hansı məmurların adları var?


12-05-2014, 11:25
Hakimiyyət növbəti kadr ələməsi prosesinə «hamilədir» - «Qara siyahı»da hansı məmurların adları var?
DİA.AZ: - Hakimiyyət dəhlizlərində gəzən söhbətlərə görə, bir müddət əvvəl «nurçu» ittihamı ilə baş verən kadr dəyişiklikləri dalğası yeni mahiyyətlə davam etdiriləcək. DİA.AZ-a verilən informasiyaya görə yeni dalğada hədəflər nurçuluqda ittiham olunmasalar da, onların görəvdən alınmaları üçün bütün mümkün vasitələrdən istifadə olunacaq.

Əslində bunu elə indidən də sezmək mümkündür. Məsələn, neçə müddətdir nəqliyyat naziri Ziya Məmmədovu nişangahda saxlayan qüvvələr onu ənənəvi ittihamın - nurçuluq ittihamının hədəfi kimi təqdim etməsələr də, NN şefinə qarşı fərqli ampluada - digər populyar «şuarlarla» hücuma keçiblər.

Artıq Ziya Məmmədovun yaxın çevrəsi, qohumları, əhtta işçiləri belə nazirə qarşı kompromata çevrilib. Bu günlərdə nazirin deputat qardaşının oğlu ilə bağlı yaranmış qalmaqal da bu qəbildəndir. Əslində Ziya Məmmədovun yaxınları da rəqib cinah üçün kifayət qədər ciddi şərait yaradırlar. Elə «Yeni Müsavat» qəzetinin əməkdaşına qarşı təşkil olunan basqın da buna aiddir və rəqib cinah üçün göydəndüşmə fürsət oldu.

Məlumatlı mənbənin dia-az.site-a bildirdiklərindən belə aydın olur ki, növbəti dalğada təkcə Ziya Məmmədov yola salınmır. Mənbənin iddialarına görə, Gənclər və İdman naziri Azad Rəhimov, «Azenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və daha bir neçə iri ranqlı məmur «qara siyahı»ya düşüblər:

«Hələlik onların içində daha çox «vurulanı» Ziya Məmmədovdur. Bu isə onun yola salınacaqlar sırasında ilk yerdə qararlaşmasından xəbər verir. Prezidentlə Ziya Məmmədovun arasındakı son dialoq da belə deməyə əsas yaradır ki, artıq rəqib cinah hakimiyyətin üst düzəyini də NN şefinə qarşı kökləməyə müvəffəq olub».

Xatırladaq ki, keçən həftə Ziya Məmmədovun yola salınması üçün ciddi tədarükün görüldüyü barədə informasiyanı diqqətinizə təqdim etmişdik.

Geri qayıt