Əsas Səhifə > Hadisə / Manşet > “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR?

“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR?


Dünən, 11:02

Son günlərdə “Nur” çörək zavodundan edilən vətəndaş şikayətləri durmadan artmaqdadır. Belə ki, bu dəfə də sözügedən şirkətin istehsal etdiyi çörəyin içərisindən naməlum qırıntılar çıxıb.

Buxeber.com xəbər verir ki, bu barədə hadisə ilə rastlaşan vətəndaş müraciət edib.

Şikayətçi qeyd edib ki, çörəyi srağagün metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı marketdən alıb:

“Nur” çörək zavodunun istehsal etdiyi çörəyi aldım. Zavod çörəyi olduğu üçün həmişə istifadə edirik. Gətirib kəsəndən sonra bir az yedim, mədəmdə ağrılar yarandı. Sonradan gördüm ki, çörəyin içərisində mənşəyi məlum olmayan qara qırıntılar var. Bu, çörəyin qırıntıları və ya yanan hissəsi deyildi. Zavodla əlaqə saxlayandan sonra mənim onlara verməli olduğum sualı onlar mənə verdilər: “Çörəyin içərisində o qara qırıntılar nə edir?” Sonradan zavoddan başqa bir şəxslə danışdım, o, iş qəzası olduğunu dedi. Amma nə olsun ki? Bu nəyi dəyişir? İndi biz bu çörəyi yeyən zaman içini də araşdırmaq zorundayıqmı?”

Qeyd edək ki, vətəndaş məsələ ilə bağlı AQTA-ya müraciət edəcəyini bildirib.

Buxeber.com


Geri qayıt