Əsas Səhifə > Hadisə / Manşet > "Bəlkə mən heç bu şərtlərə razı olmayacam..."
"Bəlkə mən heç bu şərtlərə razı olmayacam..."Bu gün, 08:27 |
"Şikayətim "Kapital bank"dandır. Deməli, əvvəl "star kart"dan pul çəkib ayın axırına kimi qaytarıb ödəniş edəndə heç bir komissiya-falan tutmurdular, amma indi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra bildirir: "Bu gün 500 manat pul çəkmişəm və məndən əlavə 5 manat komissiya tutulub. 196-ya zəng vururam, deyirlər, may ayının 2-sindən bu qərar verilib. Deyirəm, bununla bağlı kart istifadəçisinə hər hansı bildiriş göndərilib? Mənə dedilər ki, "bir bank" tətbiqində bununla bağlı bildiriş verilib. Girib baxıram: heç bir bildiriş-falan yoxdur. Bunu əvvəlcədən istifadəçiyə demək lazımdır. Bəlkə heç mən şərtlərlə razı olmayacam..." "Bildiririk ki, 02.05.2025-ci il tarixindən etibarən Birbank Star kartlarında kredit xətti vasitəsilə həyata keçirilən nağdlaşdırma, köçürmə və maliyyə əməliyyatları üzrə 1% komissiya tətbiq edilir. Bu komissiya məbləği əsas borc məbləğinin üzərinə əlavə olunur. Qeyd olunan dəyişikliklər MCC kodları 6012, 6050, 6051, 6538 və 6540 olan maliyyə əməliyyatlarına aiddir.
Müştərilərimizin əvvəlcədən məlumatlandırılması məqsədilə 18 mart 2025-ci il tarixində Birbank mobil tətbiqi vasitəsi ilə bildiriş göndərilmişdir..."
Geri qayıt |