Əsas Səhifə > Hadisə, Manşet > Masallıda bir məktəbin inşasına ayrılan vəsait rəsmən talan edilir

Masallıda bir məktəbin inşasına ayrılan vəsait rəsmən talan edilir


1-05-2014, 11:25
Masallıda bir məktəbin inşasına ayrılan vəsait rəsmən talan edilir
DİA.AZ: - Masallı rayonunun Mahmudavar kəndində çalışan orta məktəb müəllimlərindən biri DİA.AZ redaksiyazına şikayət məktubu ilə müraciət edib (təhlükəsizliyi naminə müəllimin adını açıqlamırıq).

Onun bildirdiyinə görə, kənddə ötən ilin yazından 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Artıq binanın dam örtüyü də vurlub. Qeyd olunan binanın tikilməyi üçün 1,5 milyon manatdan çox vəsait ayrlıb.

DİA.AZ-a bildirilir ki, binanı inşa edən “Elnur-2” adlı bir şirkətdir. Şirkət rəhbərinin Masallının icra başçısı Rafil Hüseyinovun adamı olduğu deyilir. Kənd sakinlərini narahat edən məsələ binanın inşaası üçün ayrılan materialların cavabdeh şəxslər tərəfindən elə bünovrə qoyulandan bu günə kimi müxtəlif adamlara ucuz qiymətə satılmasıdr.

Vəziyyətin belə olması bir çoxlarına sərf edən olsa da, baş verənləri narazlıqla qarşılayanlar, yeni tikilən məktəbin keyfiyyətsiz inşa edildiyini iddia edənlər də var.

İnşaatda çalışan cavabdeh şəxlərdən birinin dia-az.site-a sızdırdığı məlumata görə obyektə gələn materialların satılamsına səbəb şirkət rəhbərinin rayon maliyyə şöbəsinin müdiri Azər Zeynalov və onun bacanağı olan təhsil şöbəsinin müdiri Aslan İbişova 100 min manat borclu olmasdır.

Araşdırma zamanı borcun necə yaranması da əməkdaşmza məlum olub. Sən demə, məktəb tikintisi üçün keçirilən tenderdə qalib olmağ “Elnur-2” şirkətinə heç də göydəndüşmə olmayıb.

Bu işi almaq üçün şirkət rəhbərliyi rayon ağsaqqallarına 150 min manat da verəcəyi barədə öhdəlik götürübmüş. İlkin olarq nağd şəkildə 50 min ödənilib. Yerdə qalan məbləğ isə işə başlanan dövrdə inşaat materiallarından satılıb əldə olunan qazanc hesabına veriliəckmiş.

Beləliklə, bütün işlər plan üzrə davam etdirilib...


Geri qayıt