Əsas Səhifə > Hadisə, Manşet > Rövnəq Abdullayev nurçu ortaqlarından imtina etmək zorunda qaldı
Rövnəq Abdullayev nurçu ortaqlarından imtina etmək zorunda qaldı30-04-2014, 12:04 |
DİA.AZ: - Neçə müddətdir ki, nurçularla ortaqlığı səbəbindən mətbuatın hədəfində olan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məhz basqılardan yayına bilməsi üçün Fətullah Gülən cameəsinə aid şirkətlərdən biri ilə ARDNŞ arasındakı müqaviləni pozmaq zorunda qalıb. Bu barədə DİA.AZ-a neft şirkətindəki mənbələr informasiya verib. Məlumatı verən qaynaq iddia edir ki, ARDNŞ-nin həmin şirkətlə Azərbaycan ərazisində təhsil sahəsində əməkdaşlıqla bağlı müqaviləsi hələ 2012-ci ildə bağlanıbmış və bir sıra layihələr icra olunub: «İndi isə ARDNŞ şefi bu müqaviləni birtərəfli qaydada pozmaq zorunda qalıb. Artıq müqavilənin işlək vəziyyətdə olmaması ilə bağlı qarşı tərəf də məlumatlandırılıb». Geri qayıt |