Əsas Səhifə > Hadisə, Manşet > Şuşada zabit kimi döyüşən Qarabağ əlili özünü öldürmək istəyir
Şuşada zabit kimi döyüşən Qarabağ əlili özünü öldürmək istəyir28-04-2014, 10:45 |
1-ci qrup Qarabağ əlili Şünasi Babayev üzləşdiyi problemlərdən dolayı intihara əl atmaq fikrində olduğunu deyib. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Qarabağ qazisi Asif Yusifli məlumat yayıb. O bildirib ki, Ş.Babayev Şuşa uğrunda döyüşlərdə zabit kimi döyüşüb. Aldığı güllə yarasından dolayı uzun illərdir müalicə alır. Ayağındakı çürümənin qarşısını almaq üçün Ukrayna, Türkiyə və Almaniyada əməliyyat olunub. Asif Yusifli qeyd edib ki, 22 dəfə əməliyyat olunan qazi, məcburiyyət qarşısında banklardan kredit götürüb. «Ayaq sümüyü çürümədən xilas edilsə də, özü bankdan götürdüyü kreditlərdən xilas ola bilmir. Kredit borcu 40 mini keçib. Hazırda Pirşağı qəsəbəsində Qızılqum sanatoriyasında yaşayan qazinin bu borcu ödəmək imkanı yoxdur. Ümidsizlikdən intihar etmək istədiyini vurğulayan qazini fikrindən daşındırmaq üçün bilmirəm nə edim. Məsləhətinizə ehtiyacım var». Geri qayıt |