Əsas Səhifə > Hadisə, Manşet > «Binə» Ticarət Mərkəzi Kəbirə Məmmədovanın əlindən birdəfəlik alındı - Qalmaqallı TM əl dəyişdirdi

«Binə» Ticarət Mərkəzi Kəbirə Məmmədovanın əlindən birdəfəlik alındı - Qalmaqallı TM əl dəyişdirdi


25-04-2014, 12:36
«Binə» Ticarət Mərkəzi Kəbirə Məmmədovanın əlindən birdəfəlik alındı - Qalmaqallı TM əl dəyişdirdi
DİA.AZ: - Adı bu günə qədər bir çox qalmaqallarda çəkilən «Binə» ticarət mərkəzi ilə bağlı redaksiyamıza maraqlı informasiya ötürülüb. Anonim qaynaqdan daxil olan xəbərə görə, aprel ayının əvvəllərindən etibarən «Binə» Ticarət Mərkəzi ilə bağlı mühüm qərar verilib.

Mənbənin dia-az.site-ın elektron ünvanına yolladığı açıqlamada iddia olunanlar: «Artıq «Binə» Ticarət Mərkəzi rəsmən əl dəyişdirib və bu gün hüquqi baxımdan Kəbirə Məmmədovaya heç bir aidiyyatı yoxdur. Kəbirə Məmmədova yalnız may ayının sonlarına qədər vaxt ala bilib ki, işlərini qaydasına sala bilsin və TM-ni yeni sahiblərinə təhvil-təslim edə bilsin».

Məlumatda bildirilir ki, «Binə» ilə bağlı qərarın verilməsində «yuxarıların» birbaşa təsiri mühüm rol oynayıb: «Neçə müddət idi ki, «Binə» ətrafında oyunlar gedirdi. Artıq bu proses də başa çatdı. Kəbirə Məmmədova «Binə» ilə bağlarını tamamən qırdı».

Onu da bildirək ki, DİA.AZ olaraq iddia olunanlarla bağlı «Binə» də çalışan bir neçə sahibkarla əlaqə yaratdıq. Onlar bundan xəbərsiz olduqlarını, yenə də onlardan pulun Kəbirə Məmmədovanın adamları tərəfindən yığıldığını bildirdilər.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt