Əsas Səhifə > Hadisə, Manşet > Keçmiş icra başçısının müavini İlham Əliyevdən nələri istədi
Keçmiş icra başçısının müavini İlham Əliyevdən nələri istədi24-04-2014, 13:11 |
DİA.AZ: - Bakı şəhəri Qaradağ rayonu Lökbatan Qəsəbəsi 4-cü massiv, 9-cu keçid, ev 14 ünvanında yaşayan Ağayev Ağahüseyn Qulam oğlu tərəfindən prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir: “Hörmətli Cənab Prezident! Mənim Sizə müraciətim Qaradağ RİH başçısı Süleyman Mikayılovun rayondakı qanunsuz hərəkətləri və özbaşınalıqları ilə əlaqədərdir. Hələ 2 il öncə Ulu Öndərin adını daşıyan muzey yenisi ilə əvəz edildikdən sonra S.Mikayılov köhnə muzey binasını Tarix Diyarşünaslıq muzeyi və yaxud Qobustan açıq səma altındakı muzeyin Lökbatan Mədəniyyət Evində sahibsiz qalmış eksponentlərini toplayıb onun filialını yaratmaq əvəzinə, muzeyi ictimai iaşə obyekti kimi açdı. Bizim müdaxilədən sonra obyekti bağladı, 2 (iki) ilə yaxın bir vaxt keçəndən sonra yenidən indi bu günlərdə həmin binanı pivəxana kimi açaraq fəaliyyət göstərməsini təmin etmişdir. Cənab Prezident ! Siz ölkə Prezidenti olduğunuz bir dövrdə belə laqeyidlik və biganəlik bizə çox pis təsir etmiş və bu barədə qəsəbə sakinləri kütləvi informasiya vasitələrində də, öz iradlarını bildirmişlər. Hayasızlığın və abırsızlığın dərəcəsinə baxın ki, puldan ötəri belə adamlar nəinki vicdanlarını, hətta sayəsində firavan yaşadığı hakimiyyəti də nəfislərinə qurban etməyə hazırdırlar. S.Mikayılov 2 il bundan öncə hərbi hava hücumundan müdafiə qərərgahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özü üçün ictimai iaşə obyekti tikmişdir. (Ünvan: Lökbatan qəsəbəsi, Məhkəmənin önündə) Sizin rəhbərliyiniz altında Lökbatan qəsəbəsi 28 may küçəsində salınmış uşaq parkını təmir etdirərək, Lökbatan qəsəbə sakininə məxsus çayxananı sökmüş, orada özü üçün “Cırtdan kafesi” tikdirmişdir. Burada pullu oyunlardan istifadə olunur. Buda əhalinin haqlı narazılığına səbəb olmuşdur. Belə obyektlərin sayını artırmaq olar. O vaxt bu barədə bizim vəsadətimizə baxılmadığı üçün bu gün o, artıq cəzasızlıq mühütindən istifadə edərək belə fəaliyyətini biraz da genişləndirmişdir. Cənab Prezident ! Sizin tapşırığınıza baxmayaraq bu gündə rayonda qanunsuz tikililər davam etdirilir. 50 mindən yuxarı qanunsuz evlər tikilmişdir. Eləcə də, kommersiya obyektləri tikilməkdədir. Əlbəttə bunlar korrupsiya əməlləri nəticəsində baş verir. Mən, bu ərizəmin surətini KİV ilə ictimailəşdirmək istəyirəm ki, heç olmasa ərizədə Sizə çatmasa onun xülasəsindən xəbəriniz olsun. Siz bizi Milli Məclisdə təmsil etdiyiniz dövrdə RİH başçısının müavini olmuşam və Sizin rəhbərliyiniz altında xeyli miqdarda quruculuq və avadlıq işlərini həyata keçirmişik. Buna görə də, biz Qaradağlılar həmişə Sizinləyik və belələrinə qarşı axıra qədər Sizin yanınızda olacağıq”. Geri qayıt |