Əsas Səhifə > Hadisə, Manşet > Səlim Müslümov karxana mafiyasının qarşısında acizdrimi?

Səlim Müslümov karxana mafiyasının qarşısında acizdrimi?


22-04-2014, 11:02
Səlim Müslümov karxana mafiyasının qarşısında acizdrimi?
DİA.AZ: - İllərdir ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanaları bir çox mafioz qruplaşmaların əsas qazanc yerinə çevrilib. Belə ki, bu istiqamətdə müşahidə olunan özbaşınalıq səbəbindən bu gün karxana sahiblərinin bir-birilərinin ərazilərini zəbt etmələri, qoşun yığaraq bir-biriləri ilə dava aparmaları adi hala çevrilib. Bir sözlə, Azərbaycan dövlətinin qanunlarının işləmədiyi bu karxanalar hər birinin arxasında hansısa məmurun dayandığı bir qrup işbaz üçün böyük qazanc mənbəyidir. Kimsənin təsəvvür edə bilməyəcəyi həddə…

Elə buna görədir ki, Qaradağdakı daş karxanaları az qala kriminal məkana çevrilib. Sanki bir cəbhə bölgəsidir. Gücü yetən qarşısındakını əzir. Kimin haqlı olub-olmadığın isə müəyyən etmək çox çətindir. Çünki əllərindəki böyük pulların və arxalarındakı himayədarlarının hesabına hər bir tərəf məhkəmə yolu ilə öz marağına uyğun qərarı çıxarıb və əlində MƏHKƏMƏ QƏRARI ilə niyyətini həyata keçirir. Yəni zəbt etmək istədiyi karxana ərazisinə hücum çəkir və yaxud da zəbt olunmuş ərazisini «işğaldan azad etməyə» çalışır. Beləcə Qaradağdakı karxanalar hər gün döyüş meydanını xatırladır.

DİA.AZ bildirir ki, əslində bu karxanalardakı özbaşınalıq birbaşa olaraq Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan qaynaqlanır. Hər halda, zamanında İlham Əliyevin deputatı olduğu Qaradağ rayonunun sakinlərinin başına min bir müsibətlər açmasına, onlarla sahibkarı rayondan qaçaq salmasına və digər bu kimi əməllərinə rəğmən bu gün “Çakır” ləqəbli Süleyman Mikayılov “mən mətbuatı satın almışam və arxamda da ... nazir dayanır” deyərək, istədiklərini həyata keçirirsə, karxanalardakı özbaşınalıqları normal qəbul etmək lazımdır.

Onu da qeyd edək ki, DİA.AZ-a konkret olaraq Süleyman Mikayılova karxanalardan hər ay ötürülən haqqın miqdarı və həmçinin başçıya yaxın adamlara məxsus olan karxanalarla bağlı informasiya daxil olub. Maraqlı orasıdır ki, qanunsuz olaraq işçi işlədilən bu karxanalara əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da müdaxilə edə bilmir. Bu isə nazirin bu biznesdə artıq payçıya çevrilməsi barədə təəssüratlar yaradır.

Qaradağ ərazisindəki karxana özbaşınalıqları ilə bağlı geniş reportajımızı yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Geri qayıt