Əsas Səhifə > Hadisə, Manşet > Rövnəq Abdullayev hakimiyyətin ümumi tədbirlərindən kənarda tutulur
Rövnəq Abdullayev hakimiyyətin ümumi tədbirlərindən kənarda tutulur18-04-2014, 11:46 |
DİA.AZ: - İqtidar daxilindəki çəkişmələrlə bağlı yeni informasiya daxil olub. DİA.AZ-a verilən informasiyalardan belə aydın olur ki, son günlərin əsas hədəflərindən biri kimi diqqətə gələn Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev artıq hakimiyyətin önəmli tədbirlərindən də kənarda tutulmaqdadır ki, bu da çox ciddi bir olay kimi qarşılanır. Məlumatlı mənbənin dia-az.site-a bildirdiyinə görə, 10 May - Gül Bayramı ilə bağlı təşkil olunan törənlərdə ənənəvi olaraq Rövnəq Abdullayevin imkanlarından bir maliyyə qaynağı kimi istifadə olunurdusa, builki tədbirlərə ARDNŞ şefi cəlb olunmayıb. Xatırladaq ki, hətta təşkil olunan atəşfəşanlığın belə sponsoru kimi ARDNŞ rəhbərliyinin adı çəkilirdi və bildirilirdi ki, hər il bu məqsədlə 200 min ABŞ dollarından artıq pul sərf olunur. Hökumət içindəki qaynağın dia-az.site-a söylədiklərindən məlum olur ki, Rövnəq Abdullayevin bu şəkildə kənar tutulması artıq onun iqtidar düşərgəsindəki mövqelərinin də təhdid altına düşməsi deməkdir: «ARDNŞ şef idə anlayır ki, vəziyyəti heç də ürəkaçan deyil. Yəni ona artıq etimad olunmur». Geri qayıt |