Əsas Səhifə > Hadisə, Manşet > İcra başçısı ilə bələdiyyə sədrinin torpaqpulu davası – Nəticədə zərər görən tərəfə sakinlər çevrilir
İcra başçısı ilə bələdiyyə sədrinin torpaqpulu davası – Nəticədə zərər görən tərəfə sakinlər çevrilir16-04-2014, 10:50 |
DİA.AZ: - Saatlı rayon İcra Hakiminin başçısı Sıraqəddin Cabbarovla şəhər bələdiyyəsinin sədri Pünhan Pənahov arasında olan narazılıq artıq respuplika səviyyəsində müzakirə predmetinə çerilib. Bu barədə infom.az-a yerli mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Saatlı şəhərində bələdiyə sədri sahibkarlıq obyektlərinin tikintisi üçün satılan torağın 1 kv. m.-inə rüsumla birlikdə 120 manat qiymət qoyub. Bu da əhali, xüsusən də Qarabağ veteranları arsında ciddi narazlıqla qarşılanır. Bu halların aradan qaldırlması üçün içra başçısı müxtəlif tədbirlədə Pünhan Pənahova dəfələrlə xəbərdarlıq edib. Lakin millət vəkili Əhliman Əmiraslanovun çətiri altına sığınan bələdiyyə sədri, başçının tövsiyələrini qulaqardı edir. Mənbə bildirir ki, konfiliktin uzanmasında şəhər meri Nəsir Qədirov da maraqlıdır. Rayon təhsil şöbəsinin müdiri və mərkəzi xəstəxananın baş həkimi də qruplaşmada yer almaqdadır. Elə bu səbəbdən də rayonun təhsil və səhiyyə sahəsində müəyyən məsuliyyətsizlik hökm sürür. Məmurlar arasında çəkişmə və idaretmədəki bu hərc-mərclik icra başçısının dövlət və yerli özünüidarə orqanları üzərində nəzarət imkanlarını əlindən alıb. Şikayətlər vaxtında və obyektiv araşdırılmadığından sakinlər mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etməli olur. Regionlardan Prezident Adminstrasiyasına göndərilən şikayətlərin ən çoxu Saatlı rayonundan olduğu deyilir. Geri qayıt |