Əsas Səhifə > Hadisə, Manşet > ARDNŞ şefinə ad günü münasibətilə 230 min dollarlıq saat hədiyyə olundu

ARDNŞ şefinə ad günü münasibətilə 230 min dollarlıq saat hədiyyə olundu


3-04-2014, 11:31
ARDNŞ şefinə ad günü münasibətilə 230 min dollarlıq saat hədiyyə olundu
DİA.AZ: - Məlum olduğu kimi, bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ad günüdür. Belə ki, 1965-ci il 3 aprel tarixində dünyaya gələn ARDNŞ şefinin 49 yaşı tamam olur.

Təbii, bu cür əlamətdar günlərdə hədiyyələr də olur. DİA.AZ-a daxil olan məlumata görə, 49 yaşı münasibətilə ARDNŞ şefinə öz işçiləri tərəfindən də maraqlı bir doğum günü sürprizi edilib.

Xəbəri verən qaynaq dia-az.site-a bildirib ki, Rövnəq Abdullayevə qiyməti 230 min ABŞ dolları olan və 1956-ci ildə ABŞ-da məşhur şirkətlərdən biri tərəfindən istehsal olunmuş, ay işığı görüntülü antikvar sayıla biləcək qol saatı hədiyyə edilib.

Hədiyyənin konkret kim tərəfindən verildiyi barədə bilgi olmasa da, məlumatı verən mənbə onu da əlavə edib ki, Rövnəq Abdullayevi bu gün çoxlu sürprizlər gözləyir.

Geri qayıt