Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycan Dillər Universiteti ADLI BAZAR...

Azərbaycan Dillər Universiteti ADLI BAZAR...


28-08-2024, 09:28
Azərbaycan Dillər Universiteti ADLI BAZAR...
"Azərbaycan Dillər Universitetində Nobel mükafatına namizədliyə namizəd olmuş rektor Kamal Abdullayevin hansı pərdəarxası “əsərlər” yazdığı, tələbələrin necə məcburi şəkildə bu “əsər”lərin personajları olmağa məcbur edildiyi ilə tanış olmayanların da tanış olması üçün bu faktları təkrar təqdim edirəm". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.

H.Zərbəliyev daha sonra tələbə müraciətlərini təqdim edir. Beləliklə...

***

Salam Həbib müəllim. Mən …....., hazırda ADU-da magistraturada oxuyuram.
Siz mənim bakalavriaturada müəllimim olmusunuz, bizə dərslərimizlə yanaşı, çox şeylər öyrətmisiniz.
Sizin Face book-da yazılarınızı oxuyuruq, amma Sizin də qeyd etdiyiniz kimi, nə bəyənə bilirik, nə də rəy yaza bilirik. Məcbur qalıb e-mailinizi tapıb Sizə yazdım ki, ən azından vəfa borcumu yerinə yetirmiş olum.
Həbib müəllim, qısaca deyim ki, bakalavriaturanı ADU-da oxuduğuma peşman idim, magistraturanı da burada oxumağıma min dəfə peşmanam. Yaxşı müəllimlərimiz var – Jalə xanım, Afaq xanım, Minəxanım müəllimə, Cəmil muəllim, Əsgər müəllim, Elçin müəllim və bir neçə əvvəlki kurslardaki müəllimlərimiz. İnanın ki, adlarını çəkdiyim müəllimlərin də bəziləri universitetdən narazıdırlar. Onların da bəziləri Sizə qarsi kampaniyada iştirak etmədiklərinə görə rektor tərəfindən cəzalandırıldılar. Minəxanım müəlliməni vəzifəsindən çıxardılar, Elçin müəllimi o qədər sıxışdırdılar ki, kecən dəfə dərsdə isdən çıxacağını, iş axtardığını deyirdi. Bildiyimizə görə, Elçin müəllim əvvəllər rektorla yaxın olub, rektorun sizinlə olan davasında rektora dəstək vermədiyinə görə rektorun cəzasına tuş gəlib. Rektor onu yanından uzaqlaşdırıb.
Bir dəfə dərsdə kimsə Sizin adınızı çəkəndə Elçin müəllim "Həbib müəllim gözəl alimdir, yaxşi dilçidir, əgər bakalavriaturada ondan dərs almısınızsa, ümumi dilçiliyi bilirsiniz deməkdir" demişdi. Cosqun müəlimin birləşmiş qruplardakı "köməkciləri" bu xəbəri ona çatdırmışdılar. Cosqun müəllim də adəti üzrə rektora çatdırmısdı.
Həbib müəllim, bir az qarışiq yazdim, üzrlü sayin. Sizin son yazılarınızı gördüm və Sizə yazmaq istədim. Düzdür, Siz bizə mübariz olmağı, müzakirə, mübahisə etməyi öyrətmişdiniz, ancaq biz ADU-da o dediklərinizi edə bilmirik.
Sizin harada olmağınızdan asılı olmayarq, bizim yaddaşımızda yaxşı dərs kecən, dəyərli müəllim kimi qalacaqsınız.
Mən sizin Face book-daki yazıları bəyənməkdən, rəy yazmaqdan çəkindiyim üçün buradan yazdım. Bilirsiniz ki, orada nəsə yazsaq, universiteti diplomsuz basa vurarıq.
Hörmətlə,
……
__________________________________________________

***

Salam, ...
Məktubunuza görə təşəkkür edirəm. Unudulmadığım da xoş oldu. Hər şeydən xəbərim var. Yaza bilmədiyinizə görə narahat olmayın. Mən çoxlarına özüm zəng vurub demişəm ki, yazılarımı bəyənməsinlər və şərh yazmasınlar. Bu yaxınlarda səhifəmdə də yazmışdım. O canavarı mən 42 ildir ki, tanıyıram. Əsas olan ictimaiyyətin yazıları oxuyub vəziyyətlə tanış olmasıdır.
İstənilən vaxt, istənilən məsələ barədə yaza bilərsiniz. Sizə uğur arzulayıram.
__________________________________________________

***

Bir daha salam, əziz müəllimim.
Çox sevindim ki, cavab verdiniz. Əvvəlki mesajımda unutmusdum. Bir dəfə Cosqun müəllim Sizin haqqınızda hansısa saytda yazi gedəndə qrup nümayəndələrinə demisdi ki, hami girib orada Sizi pisləsin, universiteti tərifləsin. Bunu edənlərin siyahısı tutulmuşdu. Onlara imtahanlarda gələcəkdə güzəştlər ediləcəyi deyilmişdi. Hətta Cosqun muəllim tərəfindən hazir mesajlar da gətirilmişdi, onları kopyalayib sayta verirdilər. Bizlər, təbii ki, etiraz etdik və bu iyrənc oyuna qoşulmadıq.
Sizin mənim əvvəl yazdığım yazımı paylasmağınıza etiraz etmirəm, ancaq … adımın çəkilməsindən ehtiyat edirəm. Adımı çəkməsəniz, sevinərəm, çünki onları Siz yaxsı tanıyırsınız. Universiteti bitirim, sonra özüm də burada gördüklərimi paylasacağam. İndi, acıq desəm, onlardan ehtiyat edirəm.
Biləsiniz ki, qrupumuzda cox tələbəniz Sizə dəstəkdir. Siz bizlər üçün çox dəyərlisiniz.
Hörmətlə,
……..

***

DAVAMI MÜTLƏQ OLACAQ...

Geri qayıt