Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycana Qarabağda savaş apara bilməsi üçün Amerikadan icazə gəlir
Azərbaycana Qarabağda savaş apara bilməsi üçün Amerikadan icazə gəlir1-04-2014, 11:06 |
Amerikanın başına düşən «Krım daşı» - Qarabağın həlli zamanı çatıbmı, yoxsa söhbət edəcəyik? DİA.AZ: - Krım ətrafında baş verənlər Qərbi keçmiş SSRİ məkanında mövcud olan torpaq problemlərilə bağlı yenidən düşünməyə vadar edib, desək, yanılmarıq. Elə bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan yaranan təəssüratdan da anlaşılır ki, artıq Qərb konkret olaraq Azərbaycanın illərdir danışıqlar yolu ilə həllində sədaqət nümayiş etdirdiyi Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atmağı düşünür. Hər halda, anlaşılanı budur. Diplomatik qaynaqlardan dia-az.site-a daxil olan informasiyaya görə, Bakı ilə Amerika arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi müzakirələr başlayıb. Xəbəri verən qaynaq iddia edir ki, bu problemin artıq bütün detallarını dərindən analiz etmək zorunda qalan Amerika da yaxşı anlayır ki, Qarabağ münaqişəsi Azərbaycana qarşı Qərbin əlində təzyiq vasitəsinə çevrilməyib, çevrilə də bilməz: «Əksinə, anlayıblar ki, bu problem Azərbaycanı Qərbdən məsafə saxlamağa vadar edən başlıca vasitədir. Və bu problemin varlığı hər zaman Rusiyanın işinə yarayıb və bundan sonra da Kremlin maraqlarına cavab verəcək». Məlumatlara görə, məhz bu səbəbdən Amerika Qarabağ münaqişəsinin həlli məsələsində real addımların atılması üçün Azərbaycana ciddi dəstək verə bilər: «Ola bilsin ki, hansısa diplomatik məclisdə hansısa amerikalı Azərbaycan əleyhinə açıq fikirlər səsləndirsin. Amma bunun özü belə artıq qərarı verilən planı dəyişdirə bilməz. Amerika Ukraynada yaşadıqlarını təkrar yaşamaq istəmir. Və elə buna görə də Qarabağ probleminin həlli ilə bağlı yeni taktikasını işə salmaq zorundadır». Mənbə rəsmi Bakı ilə rəsmi Vaşinqton arasındakı danışıqların detallarını açıqlamasa da, bir məqamı vurğuladı ki, artıq Azərbaycan üçün geniş imkanlar açılmış hesab oluna bilər: «Məlumdur ki, Azərbaycan Avropa Şurasına üzv olarkən belə müharibə etməmə öhdəliyi götürüb. Və illərdir Rusiyadan daha çox Qərb cinahı Azərbaycanın öz torpaqlarını savaş yolu ilə geri qaytarma təşəbbüsləri qarşısında sədd rolunu oynayır. İndi isə bu danışıqların yekunu olaraq ən azından tərəflərin birinin savaş haqqımızı tanıyacağı istisna deyil». Geri qayıt |