Əsas Səhifə > Hadisə, Manşet > Ziya Məmmədov bir neçə müddətdir ki, «varis planı»nın icrasına baş vurub

Ziya Məmmədov bir neçə müddətdir ki, «varis planı»nın icrasına baş vurub


27-03-2014, 11:21
Ziya Məmmədov bir neçə müddətdir ki, «varis planı»nın icrasına baş vurub
DİA.AZ: - «Nəqliyyat naziri Ziya Məmmədov oğlunu nazir postunda görür və neçə müddətdir ki, bu yöndə ciddi iş aparır». Bu ilginc məlumatı DİA.AZ-a verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, NN şefinin bir ara oğlu Anar Məmmədovla bağlı mətbuatda gedən yazıları sərt formada qarşılaması, qəzetləri məhkəmə yolu ilə cərimələtdirib, onların susmasına nail olması da məhz qeyld olunan niyyətin təzahürü kimi qəbul edilməlidir.

Mənbənin dia-az.site-a söylədikləri: «Ziya Məmmədov oğlunu Gənclər və İdman naziri postunda görür. Bu məqsədlə böyük tədarükə neçə ildir ki, start verilib. Anar Məmmədovla bağlı böyük layihələrin icrasına da milyonlar boşuna sərələnmir».

Ziya Məmmədov bir neçə müddətdir ki, «varis planı»nın icrasına baş vurub

Mənbə iddia edir ki, hazırda konkret bir vəkil-hüquqşünas qrupu da fəaliyyətdədir ki, bu heyətin əsas missiyası Anar Məmmədovun mətbuatla bağlı «problemlərinin» həllinə nail olmaqdır: «Məhkəmə sistemi də konkret olaraq bu yöndə amansız davranır. Hətta dəfələrlə belə bir fakt olub ki, qəzetlərdən biri Anar Məmmədovla bağlı yazısını sübutlaan konkret dəlilləri ortaya qoysa da, məhkəmələr məhz nazir oğlunun marağına uyğun qərar çıxarıb».

Ziya Məmmədov bir neçə müddətdir ki, «varis planı»nın icrasına baş vurub

Məlumatı verən qaynaq dia-az.site-a açıqlamasında onu da vurğuladı ki, son zamanlan GİN şefi Azad Rəhimova qarşı aparılan mətbu kampaniyanın da arxasında Ziya Məmmədova yaxın çevrələrin dayandığını sezməmək mümkün deyil…

İddialarla bağlı bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt