Əsas Səhifə > Hadisə, Manşet > Abşeron sakinləri Etibar Pirverdiyevi məhkəməyə verəcək - Bir kənd zülmətə qərq olub
Abşeron sakinləri Etibar Pirverdiyevi məhkəməyə verəcək - Bir kənd zülmətə qərq olub25-03-2014, 15:32 |
DİA.AZ: - Abşeronun Məhəmmədi kəndinin sakinləri «Azenerji»nin prezidenti Etibar Pirverdiyevi məhkəməyə verməyə hazırlaşırlar. Səbəbsə bayram günlərində Məhəmmədi sakinlərinin günlərinin zülmətə bürünməsidir. Bu barədə DİA.AZ-a şikayət edən Məhəmmədi kəndinin sakinləri bildirirlər ki, Novruz Bayramı gələr-gəlməz onların qaranlığa qərq olublar: ««Azenerji» də Novruz Bayramı ərfəsində digər dövlət qurumlarına qoşularaq bayram günləri gücləndirilmiş iş rejimində çalışacağını bildirdi. Biz bu «rejimi» yaxşı yaşadıq və hələ də yaşamaqdayıq. Artıq 10 gündür ki, Məhəmmədi kəndində elektrik enerjisinin təminatında ciddi problem yaşanır». Sakinlər bildirir ki, 10 gün ərzində üçt-üstə 24 saat işıqla təmin olunmayıblar: «Biz başa düşə bilmirik ki, Etibar Pirverdiyev bizimi ələ salır, yoxsa özü vəzifəsində dinc otura bilmir… Belə yaşayışmı olar? Niyə «Azenerji» rəhbərliyi vətəndaşları hökumətə qarşı qaldırır? Artıq Məhəmmədi sakinləri üsyan püskürür. Bayramımız da burnumuzdan gəldi. Şikayət edəndə dedilər ki, transformator partlayıb. Bunun təmiri bu qədərmi uzandı?» Sakinlər bildirir ki, artıq Etibar Pirverdiyevi məhkəməyə vermək istəyirlər: «Ondan dəfələrlə yuxarı orqanlara şikayət yazmışıq, xeyri olmayıb. Bəlkə məhkəmə onunla bağlı qərar verə». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |