Əsas Səhifə > Hadisə, Manşet > Şeyxin Səudiyyə Ərəbistanı səfərilə bağlı yeni iddialar – QMİ sədrinə böyük pulun müqabilində nələr vəd edilib?
Şeyxin Səudiyyə Ərəbistanı səfərilə bağlı yeni iddialar – QMİ sədrinə böyük pulun müqabilində nələr vəd edilib?13-03-2014, 11:57 |
DİA.AZ: - Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı səfərilə bağlı yeni informasiya yayılıb. DİA.AZ olaraq həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: “Səudiyyə Ərəbistanı tərəfindən şeyxin sıxışdırılmasının əsl səbəbləri günbəgün aydın olmağa başladı. Səudiyyə Ərəbistanı şeyxin bütün problemlərini həll etmək üçün ona çox böyük fürsət təklif edib. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının güclü maliyyə dəstəyi ilə Misirdə İxvani Müslimə qarşı inqilab baş verdi. Səudiyyə Ərəbistanı Misirdə İxvanların hakmiyyətdə qalmasından çox qorxuya düşdü və öz ölkəsində də İxvanların inqilab etməsindən qorxdu. Səudiyyə Ərəbistanının göstərişi ilə Misirdə sələfilər belə Misir Ordusu ilə İxvanlara qarşı birləşdi. Qayıdaq əsas məsələyə. İxvanlara qarşı nəinki Körfəz ölkələrində, bütün dünyada mübarizə Səudiyyə Ərəbistanının milli təhlükəsizlik məsələsidir. Səudiyyədən bu barədə bir ay əvvəl açıqlama verdilər. Allahşükür Paşazadə məsələsinə gəldikdə isə hamıya məlumdur ki, İxvanlar Qafqaz ölkələrinə şeyx vasitəsi ilə daxil olublar. Qafqazda İxvanların daxil olması üçün maliyyəni Kuveytin Dini İşlər Nazirinin müavini Adil əl-Fələh təmin edirdi. Adil əl-Fələh Azərbaycanda çox tanınmışdır və Allahşükür Paşazadə vasitəsi ilə Azərbaycan hakimiyyətində yüksək yerlərlə görüşləri olmuşdur. Adil əl-Fələh son dəfə Allah Şükür Paşazadə ilə bərabər Dağıstan, İnquşetiya və Çeçenistanda səfərdə olmuşdur. Adil əl-Fələh İxvanlar fəaliyətinin baş tutması üçün milyonlarla dollar xərcləmişdir. Sədiyyə Ərəbistanı indi şeyxə təklif edir ki, sənə qarşı Abdul Aziz Babtin iddiası həll edirik. Milyonlarla dollarlar xərcləməyə hazırıq. Qafqazda İxvanların yayılmasının qarşısı alınsın və İxvanların bütün fəaliyətinə son qoyulsun. Yəni İxvanları Qafqaza necə daxil etmisənsə, elə də onları Qafqazda fəaliyətinə son qoy. Şeyx indi çıxılmaz vəziyyətdə qalıb. Çünki burda İran faktoru da var. İxvanların Qafqaza daxil olmasını İranında maraqlarındandır. İran həmişə İxvanlarla yaxın əlaqədə olmuşdur. Misiridə ilk dəfə idi ki, 50 ildən sonra İranla əlaqələr bərpa olmuşdu. Misirin sabiq prezdenti Mursi İrana səfər etmiş və İranla əlaqələr bərpa edilmişdi. İlk dəfə idi ki, Misirdə İxvanlar hakimiyyətə gəldikdən sonra İran təkcə Qahirə şəhərində 80 Hüseyniyyə açmışdı. Livan Hizbullahının Hüsnü Mübarək zamanında terrora cəhdin qarşısı alınmışdı və 20 yaxın Hizbullahçı həbs edilmişdi. Mursi prezdent olan kimi həmin Hizbullahçıları azad etmişdi. Həsən Nasrullah İxvanların qələbəsini İslamın yüksəlişi kimiqələmə vermişdi və sairə. Şeyx indi seçim qarşısındadır. İran yoxsa Səduyyə Ərəbistanın dəstəyi və milyonlarla dollarlıq sərmayə. Şeyxi sıxışdırmaq üçün Səudiyyə Ərəbistanında şeyxlə Səud hakim ailəsi görüşməkdən imtina etmişdi. Şeyxə təklifi Səudiyyə Ərəbistanı Kralıadından, İslam Liqasının rəhbəri Abdullah Al Turki etmişdir. Şeyx təklifi qəbul etsə, 2 ay ərzində ər-Riyad şəhərində Kral ailəsi ilə görüşəcəkdir. Şeyx düşünmək üçün 2 ay vaxt istəmişdir. Əlbəttə şeyx bu barədə yəqin ki, hakimiyyətlə görüşmək üçün möhlət istəyib”… Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |