Əsas Səhifə > Hadisə, Manşet > Qobu qəsəbəsində vətəndaşlara necə tələ qurulur – Sakinlər qanunsuz torpaq alverindən narazılıq edir

Qobu qəsəbəsində vətəndaşlara necə tələ qurulur – Sakinlər qanunsuz torpaq alverindən narazılıq edir


11-03-2014, 11:28
Qobu qəsəbəsində vətəndaşlara necə tələ qurulur – Sakinlər qanunsuz torpaq alverindən narazılıq edir
DİA.AZ: - Redaksiyamıza Qobu bələdiyyəsində baş verən özbaşınalıqlarla bağlı şikayət məktubu daxil olub. DİA.AZ-a bu barədə yazan sakinlər bildirir ki, yerli bələdiyyə Qobu qəsəbəsinin ərazisindəki torpaqları, hətta vətəndaşlara aid torpaqları belə qanunsuz olaraq satmaqla məşğuldur.

Sakinlər iddia edir ki, bu proses zamanı rəsmən bir şəbəkə quran bələdiyyə sədri bu il bələdiyyə semkiləri olduğundan bacardığı qədər pul toplama qərarını verib: “Hər yerdə deyir ki, daha onu bələdiyyəyə seçməzlər. O da bundan istifadə edərək, yerdə qalan torpaqları, hətta sahibi olan torpaqları da bir neçə nəfərə satmaqla məşğuldur.

Sakinlər daha sonra bildirir: “Bələdiyyə sədri Ənvər Əmiraslanov yerli icra nümayəndəsi Faiq Kərimovla birləşərək qəsəbənin torpaqlarını əkin sahəsi adı altında kənar vətəndaşlara qeyri qanuni satmaqla məşğuldur. Qəsəbənin torpaqlarını əsasən başqa rayonlardan gələn vətəndaşlar satın alır. Satılan torpağın 1 sotunun qiyməti isə 2000 min manat dəyərindədir”.

Şikayətçilər bildirir ki, Bələdiyyə sədri vətəndaşlara satdığı torpağı əkinçilik adı altında sənədləşdirərək satır. Ənvər Əmiraslanov torpağı satandan sonra növbəti sənədləşdirmələr məsələsinə icra nümayəndəsi Faiq Kərimovla həyata keçirir. Belə ki, yerli qəsəbənin hüquq mühafizə orqanından tutmuş icra hakimiyətindəki arxeitektura şöbəsinə qədər bütün sənədləşmə işlərini 2500-3000 min manat qarşılığında icra nümayəndəsi yoluna qoyur.

Bununıla bağlı şikayət edən Qobu sakinləri bildirir ki, bu gün qəsəbədə qanuni yolla torpaq alan şəxs yoxdur: “Bəlkə də özləri qəsdən belə edirlər ki, sabah plana düşmə məsələsi gələndə vətəndaşlar səslərini çıxara bilməsinlər”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt