Əsas Səhifə > Hadisə, Manşet > «Khazar İslands» adalarının inşası əl dəyişdirir - İbrahimov qardaşlarına şok zərbə
«Khazar İslands» adalarının inşası əl dəyişdirir - İbrahimov qardaşlarına şok zərbə10-03-2014, 12:27 |
DİA.AZ: - «Avesta» konserni Azərbaycanın ən böyük layihəsi olan «Khazar İslands» adasının inşasından uzaqlaşdırıla bilər. Bu ilginc məlumatı DİA.AZ-a verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, İbrahimov qardaşlarının hakim düşərgədəki mövqelərinin qorunmasında müstəsna rol oynayan bu projenin əl dəyişdirməsi ideyası hələ çoxdan mövcud olsa da, qərar bu günlərdə qətiləşib. Mənbənin dia-az.site-a söylədikləri: «Əslində burada «Avesta» konserninin rəhbərliyinin, habelə İbrahimovların kimliyi, onlarla bağlı hökmün verilməsi əsas arqumentdir. Yaxın günlərdə məsələ tam olaraq açıqlanacaq». Mənbə iddia edir ki, ən geci bu ilin may ayına qədər «Khazar İlsnads» «Avesta» konsernindən alınacaq. Onu da bildirək ki, bu layihənin icrasının davam etdirilməsi üçün bir neçə şirkətin adları çəkilir. Onların sırasında «Gilan» Holdinq, «ANT-İnşaat», «Qarant» Holdinq və daha bir neçə şirkət adı da yer almaqdadır. Mənbənin bildirdiyinə görə, adıçəkmlməyən şirkətə də bu layihə verilə bilər: «Ola da bilsin ki, bir neçə şirkət arasında bui şin icrası paylaşdırılsın. Bu da daha çox işin sürətlə icrası üçün hesablanan bir addımdır». Geri qayıt |