Əsas Səhifə > Hadisə, Manşet > Rövnəq Abdullayevdən gecə saatlarında təlaşlı addım – ARDNŞ şefi Əkbər Hacıyevi danlayıb
Rövnəq Abdullayevdən gecə saatlarında təlaşlı addım – ARDNŞ şefi Əkbər Hacıyevi danlayıb6-03-2014, 10:27 |
DİA.AZ: - Məlum olduğu kimi, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində insan ölümü ilə nəticələn hadisə baş verib. Xəbərlərə görə, artıq bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb. Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə yerindən daha öncə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub. "Azəriqaz"dan" daha öncə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin həddən artıq yüksək dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur. "Azəriqaz" İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır. Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənmədən və yaxud başqa səbəbdən öldüyü dəqiq bilinmir. DİA.AZ-a bu yöndən daxil olan məlumatlardan aydın olur ki, artıq bu olayla bağlı «Azəriqaz» rəhbərliyi də nəsibini alıb. Qurumdakı mənbə DİA.AZ-a bildirib ki, dünən gecə saatlarında Əkbər Hacıyev Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin qəbulunda olub. Mənbə iddia edir ki, Əkbər Hacıyevin həmin qəbulda sərt ifadələrlə təhqir olunduğu yan otaqlarda da duyulub: «Hər halda, Rövnəq Abdullayevi gecə saatlarında iş başında olmağa vadar edən hadisənin cavabdehi kimi «Azəriqaz» sədrinin bundan sonrakı durumu gərgin ola bilər». Geri qayıt |